SON DƏQİQƏ

Qəzadan 32 nəfər sağ çıxıb - Prokurorluqdan AÇIQLAMA

Tarix:25-12-2024, 14:12

“Hazırda Qazaxıstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaqı prosesi davam etdirilir”.
XeberTıme.az  xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.
O bildirib ki, bütün versiyalar üzrə müvafiq ekspertizalar aparılır: “Baş prokurorun müavinin rəhbərliyi ilə istintaq qrupu artıq iş başındadır”.
“Son xəbər budur ki, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır”, - Kənan Zeynalov qeyd edib.
O, yekun rəqəm barədə hələlik məlumat olmadığını vurğulayıb.
Qazaxıstanın Səhiyyə Nazirliyindən isə bildirilib ki, qəzaya uğrayan təyyarədə sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-i Qırğızıstan vətəndaşıdır.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ