SON DƏQİQƏ

Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA

Tarix:19-10-2021, 16:42

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.XeberTıme.az  bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, oktyabrın 19-u saat 14:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağışın miqdarı Şamaxıda 17.0 mm, Qobustanda 13.0 mm, Daşkəsəndə 8.0 mm, Ağdərədə (Ordubad) 7.0 mm, İsmayıllıda 6.0 mm, Ağsuda 5.0 mm, Kişçay (Şəki), OğuzGədəbəydə 5.0 mm, Beyləqan, İmişlidə 4.0 mm, Cəfərxan, Sabirabadda 3.0 mm, HacıqabulAğdam, Ordubad, Şahbuzda 2.0 mm, NaxçıvanŞərurGöygölNaftalanGəncəŞəmkir, Şəki, Altıağac, QusarQəbələTərtərBərdəYevlaxGöyçaySalyan, Bİləsuvar, YardımlıGöytəpə, Sarıbaşda (Qax) 1.0 m-dək olub.
Oktyabrın 18-də isə saat 14:35-14:40 radələrində Gədəbəy rayonu ərazisinə, saat 22:35-23:55 radələrində isə Şamaxı rayonuna xırda dənəli dolu yağıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ