SON DƏQİQƏ

Rayonlara qar yağacaq

Tarix:13-12-2020, 22:23

Azərbaycanda dekabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

XeberTıme.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9°, gündüz 10-12° isti, Bakıda gecə 6-8°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 768 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Dekabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-4°, gündüz 6-10° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ