SON DƏQİQƏ

Sabah külək əsəcək, yağış yağacaq - PROQNOZ

Tarix:30-07-2023, 17:31

İyulun 31-də gözlənilən hava şəraiti aşıqlanıb. 
XeberTıme.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-31° isti olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman. Şərq küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ