Azərbaycanda oktyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
XeberTıme.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.
XeberTıme.az