SON DƏQİQƏ

20 dərəcə isti olacaq - SABAHIN HAVASI

Tarix:9-03-2025, 14:00

Martın 10-da Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
XeberTıme.az xəbər verir ki,  bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
 
Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.  

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ