SON DƏQİQƏ

Hava dəyişir, xəbərdarlıq edildi

Tarix:26-01-2026, 00:30

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
XeberTıme.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 26-sı gündüzdən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gəncə, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ