SON DƏQİQƏ

Qarlı hava nəticəsində Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

Tarix:24-02-2021, 11:22

Gecədən bu saata qədər Bakıda 24 yol nəqliyyat hadisəsi baş verib.
XeberTıme.az  bildirir ki, bu barədə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub:

“Gecə saatlarından kəskin hava şəraiti ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bəzi küçə və prospektlərdə, enişli-yoxuşlu döngələrdə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu saata qədər paytaxtın inzibati ərazisində 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Ölən və yaralanan olmayıb”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ