SON DƏQİQƏ

QEYRƏT SİMVOLUM, QİSASIN ALINDI

Tarix:2-06-2021, 11:04

Qasımov Sərxan Vaqif oğlu 1995-ci il dekabrın 28 də Ağstafa rayonunun Dağkəsəmənli kəndində dünyaya gəlmişdi. Səhf olaraq doğum tarixi 2 yanvar yazılmışdlr. Doğumundan 5 gün sonra qeydə alınan doğum kağızı onun həyatında heç nəyi dəyişmədi. Allah şəhidliyi ona ana bətnində yazmışdı. Sərxanın qəlbində vətən sevgisi güclü olsa da, arzusu gözəl xanəndə olmaq idi.Muğam qərsi keçmişdi. Tez-tez Qarabağ şikəstəsi oxuyar, dinləyənləri valeh edərdi.
Musiqi müəllimləri ona böyük ümid bəsləyirdi. Onun səsinin gücünə inanırdılar. Sərxanın həvəslə oxuduğu muğamlar nənəsi Qotazı, atası Vaqifi, anası Aida xanımı dəfələrlə  kövrəltmişdi. Sərxan onlara baxıb utandığından başını aşağı salmışdı. Onun utandığını görən --- nənə nəvəsinin boynunu qucaqlayıb deyərmiş: - Ağrın alım, niyə utanırsan? Sən elə bir sənət seçmisən ki, utanmağa heç gərək yoxdur. Sərxan isə nənəsinə bir söz deməz, əşyalarını toplayıb dərs çantasına yığardı.
Sərxanın arzuları bitib-tükənmirdi. O arzularından ilki və vacibi həqiqi hərbi xidməti başa vurmaq,  qayıdandan sonra muğam təhsilini davam etmək idi. Muğam ustalarından dərs almaq arzusu ilə yaşayırdı. Onun gözəl gələcəyini müəllimləri də görürdü.
Nəhayət ki Sərxanın arzuladığı məqam gəlib çatdı. Darda olan vətənin xidmətində durmaq üçün həqiqi hərbi xidmətə çağırış vərəqi gəlmişdi. O gün çox sevinmişdi. Çünki darda olan vətənə xidmət etmək ən böyük arzusu olmuşdur. Kişilik məktəbi keçəcəkdir, düşmənə qarşı sərt olacaqdır. 
2013-cü il yanvar ayının 2-də Tərtər rayon N saylı hərbi hissədə xidmətə başlayan Sərxan, bütün çətinliklərə sinə gələrək ailəsinə başucalığı gətirdi
Andiçmə mərasimindən sonra xidmətini Marquşavanda davam edibdir. Hər dəfə telefon zənglərində ailəsini ovutmağa çalışıb. Onlardan snayper dərsi keçdiyini, hətta düşmənlə üzbəüz Çaylı kəndində olduğunu gizlədibdir. 
O, sərrast snayperçi olaraq düşmənə ağır zərbələr vurubdur.
Bir illik xidməti zamanı düşməni qorxuya salıbdır. 2013-cü ilin 28 dekabrında Tərtərin Çaylı istiqatində xidməti zamanı düşmənin hücum əməliyyatı zamanı Sərxan cəsarətini ortaya qoyaraq dörd ermənini cəhənnəmə vasil edir. Ermilərdən biri yüksək rütbəli zabit olur. Çox təəssüf ki qeyri-bərabər dögüşdə özü də şəhid olur.
Sərxan doğulduğu torpaqda arzuları ilə bərabəf torpağa tapşırılır.

Qısa arayış: 28 dekabrda doğuldu, 2 yanvarda doğum kağızı aldılar.
2 yanvarda həqiqi hərbi xidmətə yola düşdü, 28 dekabrda şəbid oldu.
Görəsən bu gəncin həyatındakı 28 ilə 2 rəqəminin qarışıq düşməsinin anlamı nədir?!

Səkkiz ildir ki, bu ailə gözüyaşlı Sərxan deyib fəryad edir. Bütün şəhidlər bizim üçün doğma və eynidir. Amma bəzən görürsən ki, şəhidlər atasında fərq qoyurlar. Onları köhnə şəbid kimi qeyd edirlər. Düşünmürlər ki şəbid elə şəbiddir. Şəhidin təzəsi, köhnəsi olmaz!
Bütün şəhidlərimizin məkanı cənnətdir. Onları ayırmaqla günah etmiş oluruq.

Gülsüm ADİLQIZI


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ