SON DƏQİQƏ

Qanları ilə tarix yazan Şəhidlər bizim qürur yerimizdir

Tarix:4-06-2021, 22:34

Qurbanın ən böyük arzusu Vətənin azadlığı idi...Şəhid kəşfiyatcı-Snayper İbrahimov Qurban Namiq oğlu 05.06.1998- ci il tarixində  Kəngərli rayon Qabıllı kəndində (Naxçıvan Muxtar Respublikasının inzibati ərzisidir) sadə azərbaycanlı ailəsində dünyaya gəlib. 
2004-2015-ci illərdə Qabıllı kənd tam orta məktəbində təhsil alıb. Həqiqi hərbi xidmətini 2016- 2017-ci illərdə Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatcı _istehkamçı vəzifəsndə xidmət edib. 2009- cu il dekabr ayında Naxcıvan Xüsusi Təyinatli Qüvvələrdə kəşfiyyatcı_snayper vəzifəsində xidmətə baslayır,  çoxlu nəaliyyətləri, ordu üzrə kecirilən yarışlarda dəfələrlə birinci yeri tutub və daha neçə fərqlənmə  təşəkkürnamə və fəxri fərmanla mükafatlandırılıb. Subay idi.  



11.10.2020-ci ildə Naxcıvan Xüsusi Təyinatlılarının 2-ci Qarabağ döyüşünə ilk gedən qrupu ilə döyüş olan bölgələrə gedir. Hadrutun, Cəbrayılın, Xocavəndin bir neçə kəndinin alınmasında və Laçın kalidoru ilə Şuşanın alnmasında böyük igidlik göstərərək, çox sayda erməni öldürmüş və xeyli sayda silah-sürsat məhv etmişdir.  

                 
09.11.2020-ci ildə Şuşanın alnması uğrunda gedən ağır döyüşdə, yaralıları çıxararkən minamyot qəlpəsi baş nahiyyəsinə dəyər, xeyli  qan itirmədən 22 yaşında şəhidlik zirvəsinə ucalır. Kəşfiyatcı İbrahimov son nəfəsnə, son qanına kimi cəsarətlə və mərdliklə döyüşmüşdür.
Son danışığı Şuşaya girməmşdən əvvəl olur. Həmin vaxt ayağndan yaralı idi, düşməsi üçün nə qədər təkid etsələrdə  düşmədi, "ölümcül yara deyil, dostlarmı buraxb gedə bilmərəm" dedi… “Əgər mənə nəsə olarsa bilki qardaşın kişi kimi getdi” deyərək sağollaşdi.                

Qurban yaxşı dost, yaxşı qardaş  hər kəsin hörmətni dəyərni qazanan qardaş olub..          
İmam Hüseyn aşiqi özüdə namaz qılan mömin insan idi. Son dəfə Şuşaya qalxmamşdan istrahət üçün 2 günlük aşaği enmişdlər, orda dəstəmaz alıb namazını qılıb, dostlarna deyibki bu gün namazda özümə şəhid olmaği arzuladım… yoldaşları bir neçəsi ölümdən, ailələri üçün sıxlıb pis olanda dəfələrə onları ətrafna yiğaraq söhbətlər edib. Burda ölməyin nə qədər şərəfli bir hal oldğunu açıqlamışdır.  Dostları, döyüş yoldaşları dəflərlə etiraf edir... Allah qardaşımın arzusunu qəbul etdi.   

                                                                                       
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Oların xatirəsi daim qəlbimizdə yasayacaq!                 
Şəhid Qurban İbrahimov dəfn olunduqdan 12 gün sonra atası İbrahimov Namiq Qurban oğlu dözə bilməyib dünyasını dəyişdi.  

                                                                    
Ölümündən sonra İbrahimov Qurban Namiq oğluna Azərbaycan Respublikasının prezidenti İlhqam Əliyev  “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Müharibə iştirakçısı", "Şücaətə görə" medalları ilə təltif olunmuşdur. 

                    

Hər zaman teleməkanlarda şəhidləri təbliğ edən, onları tanımatmaqda müstasna rolu olan sevilən vəkil və teleaparıcı Əkbər Yusifoğlu:                                                               

- Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsi xalqımızın gücünü, əzm və iradəsini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin   44 gündə icra edərək ərazi bütövlüyümüzü təmin etdi. Zəfəri, sevinci şəhidlərimizin sayəsində yaşadıq. Bəli 22 yaşında şəhidlik zirvəsini ucalan Qurban İbrahimov tarix yazaraq adını qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırdı. Qanları ilə tarix yazan Şəhidlər bizim qürur yerimizdir!  

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          
                 
 
                                             

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ