SON DƏQİQƏ

Kəlbəcərdə hərbçilərlə görüş keçirildi

Tarix:8-06-2021, 13:29

2021-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə azad olunmuş ərazilərimizdə dislokasiya olunan bölmələrin şəxsi heyəti üçün keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyindən XeberTıme.az-a  verilən məlumata görə, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qruplarının Kəlbəcər rayonu ərazisində təşkil etdiyi tədbirlər zamanı müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim edilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ