SON DƏQİQƏ

Şəhidlik ən yüksək, şərəfli zirvədir

Tarix:4-07-2021, 15:32

Şəhidlərin şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək.2 iyul 2021-ci il tarixində “Loğman” İctimai Birliyinin rəhbəri, xeyriyyəçi Tahirə Loğman. Döyüşçümüz Mahir İbrahimov, Qarabağ qazisi Orxan Məmmədzadə, şəhid ailələri, eliller və muharibə veteranlarının müdafiəsi  İctimai birliyinin təşkilatçısı  Gulnar Bədəlova Kürdəmir rayon Şıxımlı kəndində yaşayan şəhid Məmmədov Eyvazın ailəsini ziyarət etdilər. 

Şəhidimizi tanıyaq:     

                                                                                                                       
12 oktyabr 2000-ci ildə  Kürdəmir rayon Şıxımlı kəndində Məmmədovlar ailəsində Eyvaz kişinin və Kifayət ananın ilk övladları Fərid dünyaya gəlir. Ailədə 2 oğlan övladı böyüyürdü: Fərid və Rüfət.  
Fərid 3 il məktəbə qədər tərbiyə müəssəsində tərbiyə aldıqdan sonra 2006-cı ildə Vüqar Qurbanov adına Köhnəbazar tam orta məktəbində birinci sinifə qədəm qoyur.

 
Fərid məktəb illərində müəllimləri və sinif yoldaşları tərəfindən sevilir və 2017-ci ildə tam orta təhsilini bitirir. 2019-cu ilin yanvar ayının 25-də həqiqi hərbi xidmətə yola düşür. Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayır. 2020-ci ilin iyun ayında hərbi xidmətini başa vurur.

 
Hərbiçi peşəsinin çətinliyinə baxmayaraq F.Məmmədovda hərbiçi olmaq arzusu yaranır. Sənədlərini hərbi hissəyə təqdim edir və MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlayır.

 
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı nəticəsində əks hucumu nəticəsində müharibəyə qatılaraq cəsurluqla vuruşdu. “Mübariz” postunda  hucuma keçirlər, Ağdərədə, Suqovuşanda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşur. Talış kəndi düşməndən azad olunmasında F,Məmmədovun müstəsna rolu var.  Oktyabrın 15-də Suqovuşan istiqamətində gedən üz-üzə döyüşdə şəhidlik zirvəsinə ucalır. Oktyabrın 16-da doğulub boya-başa çatdığı Kürdəmir rayon Şıxımlı kəndində el qəbirsanlağında dəfn olunur. 


Ölümündən sonra cənab Ali Baş Komandan döyüş tapşırıqlanı nizamla yerinə yetirərək, qəhrəmanlıqla vuruşan Məmmədov Fərid Eyvaz oğlunu “Vətən uğrunda” medalı ilə təltif edib. 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı                                                        
“XeberTıme.az”  
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ