SON DƏQİQƏ

Yaşasaydı bu gün şəhid Əmrah Rüstəmlinin 20 yaşı tamam olurdu- FOTO

Tarix:6-07-2021, 01:39

Doğulduğun günə salam olsun Şəhidim!                                       
Təddbirdə iştirak edən şəhər ictimayyəti, şəhidin ailə üzvüləri, yaxınları Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarəti ilə başladı. Əvvəlcə Vətən uğrunda canını qurban verən cəmi şəhidlərimizin ruhlarına dualar oxunaraq  Allahdan onlara rəhmət dilədilər.   
Sonra şəhid Əmrah Rüstəmlinin  məzarı üstündə şəhidin anası Heyran xanım, atası Natiq müəllim, doğmaları şəhid haqqında xoş xatirələrdən söhbət açdıalr.  
Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, din xadimləri şəhidin məzarı üstündə nitq söylədilər. Şəhidin ailə üzvüləri onların dərdinə şərik olaraq yanlarında olan şəhid ailələrinə və hər kəsə öz təşəkkürlərini bildirdilər.                                                         
Vətənpərvər şagirdlərimiz Fərid Dərgahquliyev və İlahə Nəbiyeva  şəhidlərdən, vətəndən, şəhid analarından, bəhs edən şeirlərlə çıxış etdilər.   
Sonda ənənəmizə sadiq  olaraq “Ümid” Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı Xatirə Məhərrəmovanı “Şəhid Anası” fəxri diplomu ilə təltif edərək şəhidin şəxsi guşəsi üçün hədiyyə təqdim etdilər.                                               
 

Sənsiz keçən 20 yaşın mübarək Vətən oğlu!
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
  

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ