SON DƏQİQƏ

İgid döyüşçülər

Tarix:9-07-2021, 00:40

Vətən müharibəsində qələbənin qazanılmasında şəhidlərimiz və qazilərimizlə  birlikdə düşmənə ağır zərbələr  vuran hərbicilərimizin də xidmətləri çox olmuşdur.Belə igid ogullardan biri də  İbişli  Sənan Teymur oğludur.
Sənan  Füzuli rayonunun Mahmudlar kəndində anadan olub. 44 günlük müharibədə döyüş tapşırıqlarını igidliklə yerinə yetirib.. Sənan döyüşçü dostları ilə birlikdə   düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Sənan   hərbi xidmətini bu gün də davam etdirir. Xidmətləri layiqincə qiymətləndirilib. 
Sənanın  qardaşı ibişli Elnur da çox mehriban və qayğıkeş insandır. 44 günlük müharibədə əsgərlərimizi qələbəyə ruhlandıran Elnur onu da bildirdi ki, əsgərlərimiz xidmətini şərəflə başa vursun və  öz evlərinə salamat qayıtsınlar.
Onu da qeyd edim ki 44 günlük vətən müharibəsində Sənanla yanaşı qardaşı Elşən də düşmənə qarşı  mərdliklə vuruşub. Döyüşlərin birində ağır yaralanıb,mualicə olunduqdan sonra bu gün də  xüsusi təyinatlı qüvvələrin tərkibində gizir olaraq  xidmətini davam etdirir.
İgid döyüşçülər vətən müharibəsində mühasirəyə düşən zaman təcrübəli komandirləri Aydın  Talıbovun verdiyi düzgün qərarı nəticəsində heç bir itki vermədən düşmənə sarsıdıcı zərbələr endirmişlər.O u da bildirək ki, Talıbov Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərdə kamandirlik etdiyi bölüyün döyüşçüləri ilə birlikdə eləcə də komandir müavini kapitan Aslan Aslanlı , əsgər Muradlı Murad, ki iki çavuş İbişli Sənan Teymur oğlu  və digər igid oglullarla birlikdə böyük  şücaət göstərmişlər 
Biz də bütün hərbiçilərimizə  can sağlığı   arzulayaraq deyirik: Əziz əsgər və zabitləriniz! Bilirsiniz ki, düşmən çox məkirlidir.Həmisə  vətənin keşiyində ayıq- sayıq dayanın! Sağ salamat evinizə dönün.Siz qalıb olaraq evinizə gəlirsiniz. .Biz də hər zaman sizin yanınızdagıq.
 
Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ