SON DƏQİQƏ

Bu gün Vətən müharibəsi şəhidi gizir Niyaməddin Ələkbərovun doğum günüdür- FOTO

Tarix:12-07-2021, 19:24

Yaşasaydı bu gün 32 yaşı tamam olurdu. Təddbir Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarəti ilə başladı. Əvvəlcə Vətən uğrunda canını qurban verən cəmi şəhidlərimizin ruhlarına dualar oxunaraq  Allahdan onlara rəhmət diləndi. Sonra şəhidin ailə üzvüləri,  yaxınları, doğmaları, döyüş yoldaşları şəhid haqqında xoş xatirələrindən və keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, din xadimləri şəhidlərin uca məqamından söhbət açaraq, Vətən yolunda canını fəda vermiş oğullara fəxr etdiklərini bildirdilər.                 
Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbin direktoru Nüşabə Həsənova ibtidai sinif müəlliməsi Nigar Vəliyeva, “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və üzvüləri tədbirdə iştirak edirdilər. 35 saylı tam orta məktəbin vətənpərvər şagirdləri şəhidlər haqqında, vətəndən, şəhid analarından, bəhs edən şeirlərlə çıxış etdilər.    
Sonda ənənəmizə sadiq  olaraq “Ümid” Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova,  “XeberTıme.az” informasiya portalı və vətənpərvər müəllimə Nigar Vəliyevanın adından Nigar xanım şəhidin ailəsinə şəhidin şəxsi guşəsi üçün hədiyyə təqdim etdi.                     


Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbin direktoru Nüşabə Həsənova  “XeberTıme.az informasiya portalına öz fikirlərini bölüşdü:                                                 

- Niyaməddin Ələkbərov kimi oğullar   bizlərə qələbə tarixini yaşatdılar. Ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Azərbaycan xalqı nə qədər yaşayırsa onun şəhidi, qazisi  daima xatırlanaraq böyüməkdə olan nəsillərə təbliğ edərək seviləcəkdir.   

“Ümid” Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova- “Belə tədbirləri mütamadə keçirilməsi şəhidlərin daima bizim qəlbimizdə yaşamasını göstərir.”                                         

- Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyimiz idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər. Biz xalq olaraq bütün dünyay sübut etdik ki, biz vətənpərvər xalqıq. Biz birlikdə güclüyük! Allah cəmi şəhidlərimizə rəhmət eləsin!                                             

Vətənpərvər, gənc müəllimə Nigar Vəliyeva müsahibəsində bildirdi:                                                                         

- Mən özümü xoşbəxt adam sayıran ki, böyüməkdə olan nəslə şəhidlərimizi sevə-sevə təbliğ edirəm. Vətən yolunda şəhidlik zirvəsinə ucalan hər bir şəhidimiz məktəb şagirdlərinin qəhrəmanıdır. Biz hər yerdə şəhidlərimizin döyüş şücaətindən danışaraq onları şagirdlərimizə tanıtmalıq ki, gələcək nəsillərdə şəhidlər unudulmasın Şəhidlər ölməz, Vətən bölünməz!   

Sənsiz keçən 32  yaşın mübarək Vətən oğlu!
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
   

Yeganə Telmanqızı 
  “XeberTıme.az”
  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ