SON DƏQİQƏ

Allah Vəlini bütün arzularına çatdırdı

Tarix:20-07-2021, 03:36

Doğulduğun günə salam olsun şəhidim!                                            
Bu gün Naxçıvan Muxtar Respublikasında böyüyüyb boya-başa çatan şəhid leytenant  Vəli Quliyevin 24 yaşı tamam oldu. Şəhidin doğum günü mərasimi onun məzarının ziyarəti ilə başlandı. Əvvəlcə torpaqların işğaldan azad olunmasına görə şəhidlik zirvəsinə ucalan övladların ruhuna dualar oxundu, Allahdan onlara onlara rəhmət, ailələrinə səbr dilləndi. Sonra şəhidin məzarı ziyarət olundu və yaxınları Vəli haqqında xoş xatirələrindən, keçdiyi döyüş yolundan danışdılar. Tədbirdə bir sıra şəhər rəsmilərinin nümayəndələri, şəhidin ailə üzvüləri, şəhid ailələri,  yaxınları və şəhər ictimayyəti iştirak edirdilər.                                                     
Ənənəmizə sadiq qaiaraq “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Həqiqət Quliyevanı “Şəhid Anası” fəxri diplomu ilə təltif etdi.                
EZZE ətir brendi şəhid Vəli Quliyevin adına ətir tətbiq edərək ailəsinə təqdim etdi.xatırladaq ki, bu addım Azərbaycanda ilk olaraq EZZE ətir brendinin rəhbəri Süleyman müəllim tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçirildi.  

Şəhidin doğum günü tədbirinə gələnlər şəhidin şəxsi guşəsi üçün özəl olaraq hədiyyələr gətirmişdilər.                                                                                                 
Sonda şəhidin adına ehsan süfrəsi verildi.
                                                                                                                                             
Şəhidimizi tanıyaq:
1997-ci il iyulun 20-də  Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kəndində Həqiqət xanımın və Kamal bəyin ailəsində ekiz oğlanlar dünyaya gəlir: Maqsud və Vəli.              Vəli Qasımov Culfa rayonunun Qazançı kənd tam orta məktəbinə ilk qədəmlərini qoyur. Yeddici sinifə qədər burada oxuduqdan sonra ailəsi Naxçıvan şəhərinə köçür, Vəli Quliyev orta təhsilini Naxçıvan şəhərində davam etdirir.                              

Sadə zəhmətkeş ailədə böyüyən Vəlinin ən böyük arzusu hərbiçi peşəsinə yiyələnmək olur və arzularının ardınca gedərək H.Əliyev adına Naxçıvan hərbi liseyinə qəbul olur. Burada kursant kimi yetişərək H.Əliyev adına Ali Hərbi məktəbə daxil olur. Azərbaycan Ali Hərbi məktəbində 4 il təhsil aldıqdan sonra leytenant rütbəsi ilə  Ağcabədi rayon N saylı hərbi hissədə  xidmətə başlayır. Xidmət illərində könüllü ərizə ilə müraciət edərək Ermənistan  ilə təmas xətdində olan Ağcabədinin Qiyaməddin kəndində xidmətini davam etdirir.  Bir müddətdən sonra  Ağcabədi rayon N saylı hərbi hissəyə dönür və bölük komandiri vəzifəsində çalışır.                               
Təhsil illərində hər zaman fərqlənən Vəlinin bir arzusu var idi, torpaqlarımızı mənfur düşməndən azad edilməsində bir hərbiçi kimi onun da payının olması.  Bəli, sentyabrın 27-də Ermənistanın Azərbaycana əks hucumu nəticəsində başlanan müharibəyə qatılaraq Füzuli rayonundan qəhrəmanlıqla vuruşdu. Suqovuşan, Zəngilan, Hadrud, Xocavənd, Qubadlı uğrunda gedən döyüşlərdə şücaətliklə vuruşur.                                                          
2020-ci il oktyabrın 22... Qubadlı rayonunun işğaldan azad olunmasında müstasna xidmətləri olan zabit Quliyev Qubadlı uğrunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır. Noyabrın 6-da şəhər rəsmilərinin, ictimayyətinin, dini xadimlərinin, döyüş yoldaşlarının və yaxınlarının iştirakı ilə Naxçıvan şəhər el qəbirsanlığında canı qədər sevdiyi torpağa tapşırılır. Şəhidin üstünə sərilən 3 rəngli Azərbaycan bayrağı böyük etiramla atası Kamal kişiyə verilir. Ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyev Quliyev Vəli Kamal oğluna döyüş tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə görə, böyük xidmətlərinə görə  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsurluğa görə” medalları ilə təltif edir.           

Şəhidin anası Həqiqət Quliyeva:- Allah Vəlini bütün arzularına çatdırdı.                      

- Bütün əsgərləri onun  haqqında gözəl xatirələrindən danışdılar. Hamıda deyirdi ki, “insan kimi insan idi komandirimiz Vəli Quliyev.” Balam gözəl insan kimi sevildi və yaddaşlarda iz saldı. Ailəmdə ekiz oğlanlarım Vəli və Maqsud böyüdü, elə mehriban qardaşlar idi, məni gözəl ana edə bildilər. Vəli balam mənə bir ömür şərəfli ad verdi  ”Şəhid Anası”. Şükür gözəl övladlarım var mənim. Böyütdüyüm övladlarla qürur duyuram. Hər iki övladım mənə sirdaş, yoldaş, bacı, qardaş, ata, ana oldular. Vəli əsl hərbiçi idi, müharibə başlanandan cəbhədə vuruşdu amma bir gündə olsa bizə bildirmədi ki, cəbhədədir. Vəli uşaq ikən bir arzusu var idi: “Ana bizim böyük evimiz olsun, ora çoxlu qonaqlarımız gəlsin”. Vəli şəhid olan günündən bu günə qədər onun qonaqları gəlir, xatırlanır, heç qapılarımız bağlanmır. Allah Vəlini bütün arzularına çatdırdı. O hər zaman arzulayırdı ki, müqəddəs ziyarətləri ziyarət etsin, şəhidliyi ilə hər bir istəyini əvəz etdi oğlum.

24 yaşın mübarək Vətən oğlu!                                   

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az” 




                                

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ