SON DƏQİQƏ

Kənan ölümü ilə tarix yazdı-FOTO

Tarix:29-07-2021, 23:20

“Rembo” ləqəbli Vətən müharibəsinin döyüşçüsü MAXE hərbi qulluqçusu şəhid Kənan Axundzadə yaşasaydı 27 yaşı tamam olurdu.                                                               Şəhidimizi tanıyaq: 

Axundzadə Kənan Hamil oğlu 02.08.1994 -ci ildə Lənkəran rayonu Girdəni kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 2000-2011-ci illərdə  M.Bağırov adına Girdəni kənd tam orta məktəbində təhsil almışdır. 2013-cu il aprelin 2-si həqiqi hərbi xidmətə yola düşür. Moravdağ yüksəkliyində yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlayır.           

Atası Hamil Axundov Kənanın xidməti dövründə 2014-ci ildə vəfat etmisdir. 2014-ci ilin oktyabr ayında Kənan həqiqi hərbi xidmətini başa vuraraq doğulub boya-başa çatdığı  Girdəni kəndinə dönür. Ailəyə maddi kömək etmək məqsədi ilə müxtəlif yerlərdə işləyərək əmək fəaliyyəti ilə məşğul olur.                                                             
Hərbi olan marağından 2020-ci ildə hərbi komissarlığa sənədlərini verir və 20 gün kurs keçdikdən sonra sentyabrın 10-da MAHHXQ vəzifəsində Füzuli rayonunda xidmətə başlayır.              
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılır. 44 günlük  Vətən muharibəsində 33 gün Füzulinin, Qubadlının, Zəngilanın azad olunmasında qəhrəmancasına döyüşür .                       
2020-ci il 31 noyabr... Xocəvəndin Qırmızı Bazar yüksəkliyində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Noyabrın 1-də Girdəni kənd el qəbirsanlığında atasının yanında canı qədər sevdiyi torpağa tapşırılır.                         
Kənanın döyüşçü yoldaşları onu “Rembo” ləqəbi ilə çağırırdılar. Döyüşçü yoldasları deyirlər ki “biz sağ qalmışıqsa Kənanın sayəsinda qalmışıq...”                    
Ölümündən sonra döyüşdə göstərdiyi şücayətə görə cənab Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Axundzadə Kənan Hamil oğlu “Füzulinin alınmasına görə”, “Xocavəndin  alınmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.                 
Sonda ənəmizə sadiq qalaraq “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova  və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızının adından  şəhidin anası Rəhimə Axundovaya “Şəhid Anası” Fəxri Diplomu təqdim edilib. 
Nur içində yatasan  Vətən oğlu!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                  
                                                                       

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ