SON DƏQİQƏ

Şəhid idmançının məzarı ziyarət olundu…

Tarix:1-08-2021, 01:07

Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ağstafalı idmançı, Cəlilov Xaləddin Asəf oğlunun məzarını ziyarət edib. məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.                                                               Daha sonra şəhidin ailəsidə ziyarət edib. göstərdiyi qəhrəmanlıqdan söz açan Ə.Məsmaliyev şəhidin idmanda qazandığı naliyətləri Ağstafa idman ictimayəti tərəfindən hər zaman xatırlanır. Diqqətə çatdırılıb ki, gələcəkdə Ağstafa rayon Gənclər və İdman İdarəsi tərəfindən xatirəsinə idman yarışlar keçirləcək və Xaləddin kimi gənclər böyüməkdə olan gənc nəsil üçün bir nümunədir.
Qeyd edim ki, şəhid idmançımız 2019-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında iştirak edib. Öz çəkisi üzrə bütün rəqiblərinə qalib gələrək, çempion adını qazanıb. Həmin ildə oktyabr ayının 18-də Ağstafa rayon icra başçısı tərəfindən ilin idmançısı adına layiq görülüb, fəxri fərmanla təltif olunub. Döyüşlərdə qəhrəmancasına şəhid olan Cəlilov Xaləddin Asəf oğlu göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda” medalı ilə təltif olunub.                                                                                                                        Allah rəhmət eləsin!                    
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ