SON DƏQİQƏ

Azərbaycan Ordusunun leytenantı həlak oldu

Tarix:9-08-2021, 15:31

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. 
XeberTıme.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub. Hadisənin səbəbləri araşdırılır.
 
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ