SON DƏQİQƏ

Raqib Hüseynov əsgərləri ilə fəxr edən zabit idi- FOTO

Tarix:5-09-2021, 07:50

Baş leytenant Hüseynov Vətənin azadlığı uğrunda şərəflə vuruşaraq  adını qızıl hərflərlə tarixə yazdırdı.                              
Naxçıvan şəhər Əlincə məhələsində yaşayan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan R. Hüseynovun ailəsini ziyarət etdim. 



Şəhidimizi tanıyaq: 

Hüseynov Raqib Adil oğlu 28.06.1993-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Mərəlik  kəndində sadə, azərbaycanlı ailəsində dünyaya gəlmişdir. Raqib Mərəlik kənd tam orta məktəbinin birinci sinifə qəbul olur və 4 il burada təhsil aldıqdan sonra ailə Naxçıvan şəhərinə köçür. 2003-2005-ci illərdə idmanın karate növü ilə məşğul olur, 2 kəmər alır. 2005-ci ildə H.Əliyev  adına tam orta məktəbə daxil olur və burada təhsilini davam etdirir. Hərbiyə olan həvəsi R. Hüseynovu 2009-cı ildə H.Əliyev adına hərbi liseyə gətirib çıxarır. 2011-ci ildə buranı əla qiymətlərlə başa vuraraq  H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olur, təhsilini davam etdirir.  Təhsil illərində hərbiyə və hərbçiyə aid olan  bütün sirrləri öyrənir. Raqilin əsas məqsədi  yaxşı zabit olaraq  Vətənə qulluq etmək idi. 2015-cı ildə leytenant kimi buranı bitirir. Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmətə başlayır. 2017-ci ildə Tərtər rayonunda yerləşən hərbi hissələrin birinə ezam olunur. Qısa muddət ərzində yaxsı xidmətlərinə görə Silahli Qüvvələrin  Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən bölük komandiri kursuna göndərilmiş və həmin kursu muvəffəqiyyətlə bitirdikdən sonra bölük komandiri vəzifəsinə təyin edilmisdir. Sonra qərargah rəisinin müavini vəzifəsində xidmətini davam etdirir. 2019-cu ildə Silahli Qüvvələrin Təlim və Tədris Mərkəzində taborun qərərgah rəisi, tabor komandirinin 1-ci muavini vəzifəsi kursunu kecib. 2020-ci ilin fevral ayindan Naftalan şəhərində qərargah rəisi kimi işləmis və boyuk hörmət, nifuz sahibi olmuşdur. 2018-ci ildə baş leytenant rütbəsi alır.   

     
2020-ci ilin fevral ayında Naftalan şəhər N saylı hərbi hissəsinə ezam olunur və xidməti vəzifəşini burada davam etdirir. Sentyabr ayının 27-də başlanan Vətən müharibəsində bir hərbiçi kimi qatılaraq ağır döyüşlərdə qəhrəmanlıqla vuruşur.                      
29 Sentyabr 2020-ci il...Tərtər rayonu Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə qolundan, başından güllə yarası alaraq ən ali məqama şəhidlik zirvəsinə uçalır. Xatırladaq ki, Raqil  Hüseynovun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttinin yarılmasında çox böyük xidmətləri olmuşdur.                          
1 oktyabr Naxçıvan şəhər el qəbirsanlığında şəhər icra hakimiyyətinin nümayəndələrinin, döyüşçü yoldaşlarının, minlərlə şəhər sakinin, ailə üzvülərinin müşayəti ilə canı qədər sevdiyi Vətən torpağına tapşırılır.      
Baş leytenant Raqil Hüseynov xidməti dövürdə bir sıra fəxri diplomlarla, fərmanlarla, “Azərbaycan Respublikası  Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi" medalı medalı ilə təltif olunmuşdur.    
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Baş leytenant Hüseynov Raqib Adil oğlunu ölumundən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif etmişdir. Raqilin böyüyüb boya-başa çatdığı evin bir otağı onun şəxsi əşyalarından, hərbi geyimlərdən ibarət olan ev muzeyidir.  

                                                         
Azərbaycan qadını tarixən mərd, qürurlu analar olaraq qəhrəman oğullar böyüdüblər! Rəna xanım Raqiibin həyatından, hərbi vəzifəsindən, döyüş yolundandan bəhs edən şəkillərinə baxaraq uşaqlıq illərindən şəhidlik zirvəsinə ucalan məqama qədər olan xoş xatirələrindən danışdı.

                                                                                           
Rəna ana Raqib haqqında xatirələrini, ürək sözlərini bizimlə  bölüşdü:                                                 
- Yeganə xanım oğlumla hələ uşaqlığından fəxr edirdim. 5 yaşında olarkən mənə bir hərbi forma aldırmışdır və ən çox sevimli geyimi idi. İşini çox sevirdi, hərbidə zabit olaraq xidmətindən  qürurlu idi. Arzuları çox idi, hər zaman  söhbət edərkən şahidi olurdum ki, general olmaq arzusundadır. Bir sözlə özünü tapmışdı bu peşədə.                
Əsgərində öndə gedirdi. Əsgərləri evimizin qonağı olarkən Raqib haqqında  çox gözəl sözlər, xatirələr  danışdılar. “Komandirimiz gözəl qəlbli insan idi, həmdə həsas idi. Hər birimizə böyük qardaş, ata qayğısı göstərirdi. Onun haqqı ödənilməz! Ən unudulmayan xatirə o oldu ki, Raqib bir-bir əsgərlərinin üstünü örtüb çıxarmış.                                                                                             

Şəhid qəhrəmanın bacısı Ülviyyə xanım bizimlə həmsöhbət oldu:                                                                                  

- Mənim üçün nə qədər çətin olsa da, bir o qədər qürurlu və şərəflidir ki, qardaşım Vətən yolunda, şərəflə xidmət edərək canını fəda etdi. Biz həm dost, həm sirdaş, həm də mehriban bacı-qardaş idik. Düzdü mənim üçün nə qədər qardaşımı itirmək çətindirsə, o qədər də şərəflidir.              
Biz xalq olaraq heç zaman şəhidlərimizi unutmayacayıq. Vətənimiz   sağ olsun, xalqımız sağ olsun!

Sonda Raqib Hüseynov haqqında Xatirə kitabına öz ürək sözlərimi yazdım. 



Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ