SON DƏQİQƏ

“Tarixi qələbəmiz Zəfər salnaməsidir”+ FOTOLAR

Tarix:7-11-2021, 00:31

8 noyabr “Zəfər gününə həsr olunmuş " Tarixi qələbəmiz zəfər salnaməsidir " mövzusunda tədbir keçirildi.03 noyabr 2021- ci il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi və Ağstafa rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 8 noyabr “Zəfər gününə həsr olunmuş " Tarixi qələbəmiz zəfər salnaməsidir " mövzusunda tədbir keçirildi.Tədbirdə Qarabağ müharibəsi veteranları , qazilər, şəhid ailələrinin üzvüləri iştirak etmişdir.
Tədbir iştirakçıları öncə müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin abidəsini və Ağstafa şəhidlər xiyabanını ziyarət edərək Ulu öndərin büstü önünə və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarlarına gül dəstələri qoydular.Tədbir Heydər Əliyev Mərkəzinə ekskursiya ilə başladı .
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi Nazim Çələbiyev, Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev ,Ağstafa rayon Ağsaqqalar şurasının sədri, şəhid atası Hüseyin Əzizoğlu, Əfqanıstan Müharibəsi Veteranları ictimai birliyinin Ağstafa filialının sədri Mirzahid Hacıyev ,Vətən Müharibəsi qazisi Rufin Hüseynov çıxış edərək qeyd etdilər ki, bir il öncə 27 sentyabr tarixində başlanan Zəfər yolunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Qeyd olundu ki, Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuz Ermənistanın 4 ilə işğal etdiyi, təxminən 30 il ərzində torpaqlarımızda möhkəmləndirdiyi müdafiə istehkamlarını cəmi 44 günlük müharibə ilə tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı 
Tədbirdə çıxış edən natiqlər bildirdilər ki Qələbə ruhunun müharibəsi olan Vətən müharibəsində yüzlərlə hərbçimiz şəhid oldu. Azərbaycan xalqına Qələbə, Zəfər tarixini yaşadan şəhidlərimiz daim qəlbimizdədir və hər zaman ehtiramla yad ediləcək”. Tədbirdə Vətən müharibəsi dövründə ön cəbhədə və eləcə də arxa cəbhədə fədakərlıq göstərmiş hərbiçilər və mülki vətəndaşlar fəxri fərmanlarla təltif olundular.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
Mirzahid Hacıyev                                                                       

Hərbi ekspert



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ