SON DƏQİQƏ

Ağdamdakı türk hərbçilərin mandatı bir il UZADILDI

Tarix:10-11-2021, 23:51

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclasında Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub. 
XeberTıme.az  xəbər verir ki, TBMM-in Ədalət və İnkişaf Partiyası (AKPartiya), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya və Böyük Birlik Partiyasının (BBP) nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər.
 
Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.
 
Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət vermişdi. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ