SON DƏQİQƏ

Bəzi hərbi qulluqçulara sığorta pulu veriləcək VİDEO

Tarix:13-11-2021, 09:29

Birinci Qarabağ müharibəsində yaralanmış, lakin sığorta məbləğini ala bilməyən hərbi qulluqçulara gələn il ödənişlər həyata keçiriləcək.
XeberTıme.az Xezerxeber.az-a  istinadən bildirir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin layihəsi"ndə əksini tapıb.
Millət vəkili Vüqar Bayramov deyib ki, ödənişlər üçün 67 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
O, sığorta ödənişini ala bilməyib dünyasını dəyişən şəxslərlə bağlı məsələyə də aydınlıq gətirib.
Millət vəkili əlavə edib ki, Birinci Qarabağ müharibəsində xəsarət alan, ancaq sığorta pulunu ala bilməyən vətəndaşlar gələn ilin ilk aylarından aidiyyəti quruma müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ