SON DƏQİQƏ

Hərbçimiz Kəlbəcərdə minaya düşüb: Baş Prokurorluqdan AÇIQLAMA - YENİLƏNİB

Tarix:3-01-2022, 03:26

Baş Prokurorluq Azərbaycan Ordusunun hərbi qulluqçusunun minaya düşməsi ilə bağlı açıqlama yayıb.
XeberTıme.az xəbər verir ki,  yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.
Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ