SON DƏQİQƏ

Polkovnik-leytenant Ruslan Tağıyevin yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub- FOTO\VİDEO

Tarix:4-07-2022, 22:40

Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün Azərbaycanda bir sıra küçə və məktəblərə şəhidlərin adları verilib.
Genaral-mayor Hilal Nəcəfovun təşəbbüsü ilə 01.07.2022-ci il tarixində Bakı şəhərində Vətən müharibəsi şəhidi polkovnik-leytenant Ruslan Tağıyevin yaşadığı binanın qarşısına onun xatirə lövhəsi vurulub. Açiliş mərasimində Bakı şəhər icra nümayəndələri, xidmət etdiyi N saylı hərbi hissənin əsgər və zabitləri, Müdafiə Nazirliyinin əməkdaşları, ictimayyət nümayəndələri, şəhidin ailə üzvüləri, döyüş yoldaşları iştirak ediblər. Natiqlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin tutduğu düzgün döyüş strategiyasından, şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızadan, yaralanan qazilərimizin, döyüşçülərimizin əzimkar döyüş yolundan fəxrli söhbət açdılar.   Şəhid polkovnik-leytenant Ruslan Tağıyevin keçdiyi ömür yolundan, döyüş yolundan xoş xatirələrdən danışdılar.                                                                                         
Müdafiə Nazirliyinin  dövlət qulluqçusu Elvin Dadaşov öz nitqində bildirdi:                                                 

- Çalışdığım Müdafiə Nazirliyi idarəsində genearal-mayor Hilal Nəcəfovun dəstəyi və təşəbbüsü ilə şəhid zabitlərimizin   büstü qoyulub, kəşfiyyatçı şəhidlərimizin şəkillərindən ibarət böyük stend yaradılıb. Qonaq otağında Azərbaycan Ordusunun mayoru şəhid  Taleh Kərimovun və şəhid polkovnik-leytenant Ruslan Tağıyevin şəkilləri ilə bəzədilib. Ölkəmizdən, xarici dövlətlərdən gələn qonaqlar bu otaqda şəhidlərimizin keçdiyi  şərəfli həyat yolunu və döyüş yolunu əks etdirən şəkillərlə tanış oluralar. Ruslan Tağıyev və Taleh Kərimov əvəzolunmaz  bir zabit idilər, həm işdə, həm xidmətdə nümunəvi bir işçi, nümunəvi bir zabit idilər. Şəhidlərimizin hər birinin xatirəsi bizim üçün əzizidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!  

                        
Xatırladaq ki, Binəqədi rayonunda və İsmayıllı şəhərində bir küçəyə Vətən müharibəsi şəhidi polkovnik-leytenant Ruslan Tağıyevin adına verilib. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
 “XeberTıme.az”
 


  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ