Ağstafa rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Teymur Əliyev, Aqstafa rayon Gənclər İdman idarəsinin rəisi Məsmaliyev Əziz , Əfqanistan Veteranlari İctimai Birliyi Aqstafa rayon Filialinin sədri Haciyev Mirzahid, Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi Aqstafa rayon Filialinin sədr müavini Şükürov Ədalət və üzvlərinin iştiraki ilə Ağstafa rayonunda yerləşən N saylı hərbi hissədə Qurban bayramına həsr olunmuş tədbirdə iştirak etdik.Tədbirdə çıxış edənlər Qurban bayramının yaranma tarixi və əhəmiyyətindən söz açıblar. Sonra şəxsi heyətin iştirakı ilə qurbanlar kəsilib.
Bayram tədbiri konsert programı ilə davam edib. Allah Azərbaycan əsgərini qorusun!
Mirzahid Hacıyev
Hərbi ekspert