SON DƏQİQƏ

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Tarix:31-07-2022, 23:23

İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
XeberTıme.az  bildirir ki,  Müdafiə Nazirliyindən  verilən məlumata görə, bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ