SON DƏQİQƏ

Ordumuz bu yüksəklikləri nəzarətə GÖTÜRDÜ

Tarix:3-08-2022, 22:16

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. 
XeberTıme.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
"Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür", - nazirlik bəyan edib.
 
Qeyd edək ki, bu gün Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib.

“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ