SON DƏQİQƏ

Laçınla bağlı xəbər Prezidentə məruzə edildi - VİDEO

Tarix:26-08-2022, 21:05

Bu gün Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini nəzarətə götürüb.

XeberTıme.az  xəbər verir ki, Ordu korpusu komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.
“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan. Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev öz Twitter səhifəsində bu haqda paylaşıb.




Həmin görüntüləri təqdim edirik:


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ