SON DƏQİQƏ

Şəhidlər bizim qürurumuzdur

Tarix:28-12-2020, 01:18

2 medalla təltif olunmuş şəhid Ruslan İmanquliyev Azərbaycan Qələbə tarixini yazan qəhrəmanlardan biridir.  Xatırladaq ki, Sumqayıt şəhərində yaşayan MAXE hərbi qulluqçumuz  Ruslan İmanquliyev torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda gedən ağır döyüşlərdə Füzulinin Yuxarı Alxanlı kəndində oktyabrın 3-də Zəfər tariximizi qızıl hərflərlə yazaraq 23 yaşında şəhidlik zirvəsinə ucalıb.
II Qarabağ uğrunda göstərdiyi şücaətə görə, Ali Baş Komandan, Prezident İlham Əliyev şəhid Ruslan Natiq oğlu  İmanquliyevi “Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə”  medalı ilə təltif edib. 
Ruslan İmanquliyev döyüş meydanında qəhrəmanlıq  göstərən cəsur döyüşcülərimizdəndir.  


 Yeganə Telmanqızı 
“XeberTıme.az”
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ