SON DƏQİQƏ

Məhv edilən erməni hərbçilərin sayı AÇIQLANDI

Tarix:12-04-2023, 12:16

Bu gün Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistanın 4 hərbçisi məhv edilib. 
 
XeberTıme.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, sərhəddə baş vermiş atışma zamanı Ermənistan ordusunun 6 hərbi qulluqçusu yaralanıb.
 
Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.

 
 “XeberTıme.az"

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ