Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki generalı vəzifəsindən azad olunub.
XeberTıme.az xəbər verir ki, işdən çıxarılan şəxslər Xidmətin Çağırış Baş İdarə rəisi, general-mayor Çingiz Kiçikbəyov və Kadrlar Baş İdarə rəisi, general-mayor Azad Əliyevdir.
Hər iki general sərəncama götürülüb.
Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, müvafiq sərəncamla Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub.
Qeyd edək ki, ilk məlumatı gununsesi.info yayıb.
XeberTıme.az