Dünya hərb tarixində çar Leonid və onun 300 Spartalı döyüşçüsü iz qoyan kimi bizim şanlı Azərbaycan Ordusunun komutanları Həmdəm Ağayev və Elçin Allahverdiyev kimi döyüşçüləri var. Komutanlar Həmdəm Ağayev və Elçin Allahverdiyevin 1-ci taboru Azərbaycanın hərb tarixində bir neçə qalib döyüşlərə imza atıblar. Ordumuz dünya hərb tarixinə yeni səhifə yazdı.
Birinci mexanikləşdirilmiş tank taboru müharibənin ilk günü Füzuli rayonun Alxanlı kəndi istiqamətində Ohanyan xəttini uğurla yarmışdır. Tank kalonu şəklində hücum edərək düşmənin 4-5 xəttini darmadağın etmişdir. Düşmən 30 il ildiki Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. 30 ildən çox davam edən Qarabağ savaşlarında XXI əsrin ən müasir və ən qanlı savaşı olan Qaraxanbəyli döyüşündə düşmənin 18-ci divizyasını darmadağın etmişdir. Qanlı döyüşləri taborun əsgər və komandirləri çəkdikləri kodlardan irəlləyirdi. Bu divizyanın cəbhədə göstərdiyi döyüş taktikası və bacarığı dünyanı heyrətləndirib. Video çəklişlərdə gördüyümüz hər bir əsgər və komutan 44 günlük savaşın şahiddir. Vətənimizin keşiyində duranlar da var, əfsuslar olsun ki, tabor artıq yoxdur.Vətən müharibəsində Azərbaycan Ordusu savaşda parlaq qələbə əldə etməsi ilə güc-qüdrətini bütün dünyaya göstərdi. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı. 2020-ci il sentyabırın 27-dən başlayan əks-hucum əməliyyatı Ordumuzun nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusu həmin gündən indiyə kimi XXI əsrdə dünya hərb tarixinə bir-birinin ardınca qalibiyyət səhifələr yazır.
Şəhidlərimizin əziz xatirəsi Azərbaycan və ulu türk ellərinin xatirəsinədə həmişə olacaq.
Ceyhun Səfərov