SON DƏQİQƏ

Qarabağ müharibəsinin ən qanlı savaşı

Tarix:3-08-2023, 13:21

Qaraxanbəyli döyüşü.                                                                                                                                                                               Düşmənin müdafiə xətini yaran birinci tabor. 
29 sentyabr sübh tezdən Füzuli rayonunu möhtəşəm tank yürüşü təşkil edir. Sağ cinahda qəhrəman komutan Vilayət Quliyevin tankçıları da bu yürüşdə hucum edir. Qeyd edək ki, düşmən gecə ilə bu istiqamətdə tank kalonunu yerləşdirmişdir. Müharibədən 2 ay öncə Qarabağda yerləşdirilən 61-ci Eçmiədrin polku gecə ilə bu istiqamətdə mövqe tutmuşdur. Sakoryanın 18-ci motoatıcı diviziyasının tankları da bu istiqamətdə idi. Ümumiyyətlə bu istiqamətdə gedən döyüşlərin operativ, strateji əhəmiyyəti onunla bağlıdır ki, ən əhəmiyyətli qovşaqlarından biri idi.     
Düşmən müdafiəsi üçün olduqca vacib mərkəz, qovşaq idi. Sübh  tezdən erməni tanklarıda döyüş mövqeyinə çıxır, buna baxmayaraq Azərbaycan tankçıları xalqımızın qəhrəman oğlu, tankçı Milli Qəhrəman Albert Aqarunovun igidliyini təkrar edir. Peşəkar hərbçilər İkinci Dünya müharibəsinin "dəmir pələng"i, şərəfli döyüş yolu keçən tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun keçirdiyi böyük, həm də uğurlu döyüş əməliyyatlarını tədqiq və tətbiq etdilər.                                               
Şanlı Azərbaycan Ordusu torana gedir, sözün əsl mənasında ölümə gedir. Sonralar bu sözləri Ali Baş Komandanın dilindən eşidirik.                                                                   

XXI-ci əsrin ən qanlı savaşı başlayır, bu savaş ildırım sürətli savaş da adandırıla bilər.  Qəhrəman topçu komutan, birinci taborun tankçıları sürətlə düşmənin üzərinə şığıyır. Üç saat davam edən döyüşdə düşmən çoxlu canlı qüvvə eləcədə xeyli silah və sursatlarını, tanklarını itirir, ona görə də qaçırdılar. Düşmənin məkirli planı ləğv olur, ermənilərin əməliyyat rezevləri bu döyüşdə məhv edildi. Bu da onu göstərir ki, hərbiçilərin bilik və bacarıqları yüksək səviyyədə idi.                                                                                              
Ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən şəxsi mərdlik, igidlik, cəsarət və fədakarlıq göstərərək düşmənin əsas qruplaşmalarının və döyüş texnikasının məhv edilməsində fərqlənən bir qrup tankçı düşmənə aman vermədilər.                                                                                            18-ci diviziyanın artilleriya rəisi Kacen Babayan 61-ci polkun komandiri Spantan Kocaryan məhv edildi. Heç şübhəsiz ki, hərbi əməliyyatların gedişində xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri informasiya müharibəsi müstəvisində mübarizənin düzgün təşkil edilməsi çox rol oynayırdı.                           
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi  döyüşçülərimiz 44 günlük Vətən müharibəsinin qəhrəmanlarındandır.                    
Çünki Azərbaycan xalqının alnına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən Rəşadətli  Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun, - deyirik! 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ