SON DƏQİQƏ

Prokurorluq özünü güllələyən əsgərlə bağlı məlumat yaydı

Tarix:7-08-2023, 01:06

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Şamxalov Ülvi İlyas oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Lənkəran Hərbi Prokurorluğuna məlumat daxil olub. 
Bu barədə Azərbaycan Hərbi Prokurorluğu məlumat yayıb. 
 
Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Lənkəran hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
 
Hazırda Lənkəran hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.


 XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ