SON DƏQİQƏ

Qazi Vidadi Əliyev “Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin Abşeron rayonu üzrə sədr müavini seçildi- FOTO/VİDEO

Tarix:10-08-2023, 21:02

Vətən müharibəsi qazisi Vidadi Əliyev “Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin Abşeron rayonu üzrə sədr müavini seçildi.                                                                       
9 Avqust 2023-ci il tarixində  “Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi şəhid ailə üzvü, Qarabağ  qaziləri, media nümayəndələrinin iştirakı ilə keçirtdiyi yığıncaq Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Sonra “Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə tədbirdə çıxış edərək birliyinin gördüyü işlərdən, birliyin fəaliyyətindən söhbət açaraq  nitqində bildirdi: “Biz bilirik dövlətimiz daima bu ailələrin yanında olaraq onların problemlərini həll edir. Abşeron rayon icra hakimiyyəti burada yaşayan qazilərimizin və şəhid ailələrimizin qayğıları ilə daima maraqlanırlar. “Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi bir ailə kimidir. Daima bir-birimizdən xəbər tuturuq, görüşlər təşkil edirik. Bu gün bura yığışmağımızın səbəbi birliyimizin Abşeron rayonu üzrə sədri Süleyman Cəfərovun müavini Vidadi Əliyevin təyin olunmasıdır.  Vidadi Əliyev illərlə hərbi hissədə çalışaraq neçə-neçə hərbiçinin komutanı olub, çəsur döyüşçülər yetişdirib, özüdə sağlamılığının çox hissəsini itirərək qalibiyyət tarixini yazan  döyüşçülərimizdəndir.”                                     
Vətən müharibəsinin könüllü şəhidi Şuşa fatehi Elçin Cəfərlinin anası Xatirə müəllimə qürurla oğlunun igidliyindən, könüllü müharibəyə qatılaraq Qalib Azərbaycan tarixində öz imzasını yazmağından qürurla danışdı. “Əziz qazilər siz kişilik, qəhrəmanlıq nümunəsisiz! Şəhid oğulları, qazilər hamısı mənim balalarımdır. Vidadi Əliyev inşallah yeni məsulliyyətli işinin öhdəsindən gələcək, mən buna inanıram. O yerdə ki, sağlam vətəndaş cəmiyyəti var orada normal, sağlam həyat qurulacaq. Bu oğulların hamısı müharibədə yaralanıblar və bir yol var ki, qazilər daima bir arada olmalıdır. Allah sizlərə tezliklə şəfa versin siz hamınız mənim övladlarımsız.”                                            
“Dəmir Yumuruq Alfa-A” Cəmiyyətinin sədri Ülviyyə Əsədova Vidadi Əliyevi yeni seçildiyi vəzifəyə görə təbrik etdi və cəmiyyət adından ona planketdə təşəkkürnamə təqdim etdi. 
Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşan Qarabağ qazisi Vidadi Əliyev bu gün onun yanında olan hər kəsə öz təşəkkürünü bildirdi. Yeni işdə mühüm addımlayaraq dövlətinə və dövlətçiliyinə xidmət edəcəyini bildirdi. Vətən müharibəsində düşmənin başın əzdik, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçülərinin şücaəti dillə deyilirdi, düşmən bizim adımız gələndə belə əsirdi, biz onlara necə güclü xalq olmağımızı göstərdik. Möhtərəm Ali Baş Komandanın güclü siyasəti, mətinli, iradəli Azərbaycan Ordusu və xalqın birliyi bizi qalibiyyətə apardı. Bu gün“Xüsusi Təyinatların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadənin mənə etimad göstərdiyi ictimai birliyin Abşeron rayon üzrə sədr müavini seçilməyim mənə qürur verdi. Çalışacam ki, bu işin öhdəsindən layiqincə gəlim. Azərbaycan Respublikasına xidmətimlə qürurluyam!”                                        
Sonra çay masasında söhbət davam etdirildi. Tədbirə qonaq gələn “Qlobus” xaricdə təhsil şirkətinin rəhbəri Anar Kazımov qazilər, onların övladlarının və şəhid övladlarının şirkət tərəfindən tam təmənnasız xaricdə təhsil almasına kömək etməsi təklifi verdi. 
Sonda xatirə şəkillər çəkildi. 

Yeganə Telmanqızı                                   
“XeberTıme.az” 
 


     
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ