SON DƏQİQƏ

Hərbçimiz yaralandı - Ordumuz düşmənə cavab verir

Tarix:22-08-2023, 22:01

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb. 
XeberTıme.az xəbər verir ki,  bu barədə  Müdafiə Nazirliyindən məlumat yayıb.
 
Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.
 
Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
 
"Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - açıqlamada bildirilir.

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ