SON DƏQİQƏ

Ermənilər Gədəbəyi atəşə tutdular

Tarix:11-09-2023, 18:43

Gədəbəy istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub. 
XeberTıme.az bildirir ki, bu barədə  Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
 
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub. 


 XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ