SON DƏQİQƏ

Fransa Qabon, Seneqal və Kot-d'İvuardakı hərbi kontingentini azaldacaq

Tarix:30-01-2024, 22:34

Fransa prezidenti Emmanuel Makron Qabon, Seneqal və Kot-d'İvuarda hərbi personalı ixtisar etmək qərarına gəlib.Hazırkı mərhələdə Librevil, Dakar və Abicandakı bazalarda olacaq fransız əsgərlərinin dəqiq sayı məlum deyil, lakin ilkin məlumata görə, hər ölkədə yüzə yaxın hərbçi saxlanılacaq.
İndiyədək Qabon və Seneqalın hər birində 350, Kot-d'İvuarda isə təxminən 950 fransız hərbçi yerləşdirilib. Eyni zamanda, Fransanın Cibuti və Çaddakı mövcudluğu (hər ölkədə 1 500 əsgər) dəyişməz olaraq qalır.
Həmçinin bildirilib ki, Fransa və ABŞ bu ölkələrdə birgə hərbi bazalar yarada bilərlər.

Mənbə: TASS

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ