SON DƏQİQƏ

Ermənilər Tovuz istiqamətində təxribat törətdilər

Tarix:25-07-2024, 19:37

İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
XeberTıme.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb. 

XeberTıme.az   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ