Ötən günü intihar edən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Hüseynovla bağlı yeni detallar məlum olub.
XeberTıme.az xəbər verir ki, özünü öldürən hərbçimiz Goranboy rayonunun Kələk kəndindəndir.
O, bu gün doğma kəndində dəfn ediləcək.
18 yaşlı hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb.
Müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir.
XeberTıme.az