SON DƏQİQƏ

Şəhidlik bir zirvədir, ünvanı əbədiyyətdir- FOTOLAR

Tarix:30-01-2021, 18:13

Qanları ilə tarix yazan şəhidlərimiz, sizi unutmayacayıq!
Vətən müharibəsi zamanı xeyli qəhrəmanlarımız torpaqlarımızın bütövlüyü uğrunda canından keçib şəhidlik zirvəsinə ucalaraq Zəfər tarixi yazdılar. Bu qəhrəmanlardan biridə Mikayıl Məmmədzadədir.   



Yaşadığım Sumqayıt şəhərində şəhid Mikayıl  Məmmədzadənin ailəsini ziyarət etdim. Övladları ilə qürur duyan  mədəni, ziyalı, sadə azərbaycanlı ailəsi. Ailə ilk övladları Mikayılla bağlı ötüb keçən xatirələrindən danışdılar.                                                                       

                                                                 
Mikayıl  İlqar oğlu Məmmədzadə 10 noyabr 1994-cü ildə Sumqayıt şəhərində  ziyalı ailəsində dünyaya gəlmişdir. Ailənin ilk övladı olan Mikayıl 2001-ci ildə ilk qədəmlərini Sumqayıt şəhər 13 saylı tam orta məktəbə qoymuşdur və burada 3 il təhsil aldıqdan sonra  2004-cü ildə  Milli Qəhrəman C.Səfərov adına Sumqayıt şəhər 10 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Uşaqlıqdan hərbici sənətini sevən və hər zaman özünü bu sahədə görən Mikayıl 2009-cı ildə sənədlərini C.Naxçıvanski adına hərbi liseyə verir, ən yüksək balla buraya daxil olur. Təhsil illərində hərbi sahənin sirlərini yaxından öyrənir və 2014-ci ildə hərbi liseyi müvəfəqiyyətlə başa vurur H.Əliyev adına Ali Hərbi Akademyaya daxil olur. 2018-ci ildə Akademyanı leytenant rütbəsində bitirir. Goran rayonunda N saylı hərbi hissədə xidmətə başlayır. Bir il sonra Tərtər rayonunda yerləşən hərbi hissələrin birində, Göygöl rayonu N saylı hərbi hissədə, Murov dağ yüksəkliyində  xidmətini davam etdirir. 2018-ci ildə baş leytenant rütbəsini alır.                                                                                     
Ordumuzun əks-hucumu başladığı ilk gündən tağım komandiri Miklayıl Məmmədzadə şücaətlik göstərərək döyüşlərə atılır. Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv edir.                                                                      

2020-ci il sentyabrın 28... Baş leytenant Məmmədzadənin son döyüşü... Kəlbəcər, Göygöl və Goranboy sərhədində yerləşən ən yüksək zirvə olan Camış dağ və Murov dağ yüksəkliyinin tam hissəsini alırlar, 30 km Kəlbəcərə irəlləyirlər. Mikayıl Məmmədzadə Murov yüksəkliyinə bayraq sancan hərbiçilərdəndir. Elə həmən gündən ondan heç bir məlumat əldə etmək mümkün olmur,   neyteral zonada qalan hərbiçimizin nəşi 87 gündən sonra Murov dağ silsiləsi ətrafında aşkar edilir. Baş leytenant minaya düşən əsgərini xilas etmək istəyərkən özüdə minaya düşərək 26 yaşında şəhidlik zirvəsinə ucalır. 28 dekabr minlərlə şəhər sakinin, şəhər icra hakimiyyətinin nümayəndələrinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, yaxınlarının, dostlarının, əsgərlərinin, ailə üzvülərinin müşayəti ilə  Sumqayıt şəhər Şəhidlər Xiyabanında canı qədər sevdiyi Vətən torpağına tapşırılır. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı mərhumun yaxınlarına təqdim olunur.   


                                                                        
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu, baş leytenant Məmmədzadə Mikayıl İlqar oğluna ölümündən sonra  “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “İgidliyə görə” medalı ilə təltif etmişdir.


                                                                                                                        
Mikayılın anası Zülfiyyə xanım: ” Mikayıl avqustun 28 və 29 qonağımız oldu, bizimlə və qohum-əqrabayla  halallaşdı və dedi ki, “haqqınızı halal edin Mən Şəhid  Olacam”.                                                                                             
- Mikayıl mehriban, eyni zamanda, xidmətə münasibətdə olduqca məsuliyyətli və ciddi, həyata maraqlı baxışı olan, olduqca sələqəli, haqsızlığı qəbul etməyən bir insan idi.  Son danışığımız senytabrın 26-da oldu   dedi ki, “Ana bizə daha zəng çatmayacaq. Biz döyüşə yollanırıq”. Axrıncı eşitdiyim səs o oldu...O şəhid olan gün hiss etdim, işdə idim, içimdə tamam başqa bir hiss var idi, ana ürəyi., heç cür özümə yer tapmırdım və şəhid olma xəbərini eşitdim...İndi ondan bizə qürurlu adı və şəhidliyi xatırlayacağımız onlu günlərimiz, şəkillərədən bizə baxan rəsmləri qaldı... 




Bu gün şəhidləri dünyaya gətirən qəhrəman analarımız var. Belə qəhrəman analarımızdan biridə Zülfiyyə xanımdır. Bir ana kimi əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Siz elə övlad böyütmüsüz ki, bütün xalq onunla fəxr edir. Azərbaycan anaları bölünməyən Vətənin, ölməz şəhid analarıdır.
Nur içində yatasan  şəhid qardaşım! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”  
  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ