SON DƏQİQƏ

Ramil Yusifzadə bütün Azərbaycanın mərd oğludur!

Tarix:1-02-2021, 17:03

Rafiq Xəlil- Biz Vətənə mərd oğullar yetişdirən ailələrə hər zaman borcluyuq!                                                                                                                                                                   Xalqının xoşbəxtliyi uğrunda şəhid olan qəhrəmanlar heç vaxt unudulmur. Onlar öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Bəli, məhz belə qəhrəmanlarımızdan biri də adını şəhidlik zirvəsinə qızıl hərflərlə yazmış Ramil Adəm oğlu Yusifzadədir. 


Ramil Adəm oğlu Yusifzadə 22 may 1998-ci ildə Bakı şəhəri Binə qəsəbəsində ziyalı ailədə dünyaya gəlmişdir. 2004-2015-ci illərdə Mərdəkan qəsəbəsi 3 saylı ingilis, ərəb, fars təmayüllü   tam orta məktəbdə təhsil almışdır. Dərs əlaçısı idi Ramil. İdmanın futbol növünə daha çox marağı olduğu üçün bu idman növünü  özünə peşə seçir və sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademyasına verir ən yüksək balla “futbol” fakültəsinə daxil olur. 2015-2019-cı illərdə Akademiyada təhsil alır və hər zaman seçilən tələbələrədən olur. Ramil Yusifzadə Akademyanın bütün tədbirlərində və idman yarışlarında fəal iştirak edən tələbələrdən olur. Həm də gözəl rəqqas idi. 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Xəzər rayon idarəsindən həqiqi xidmətə yola düşür. 3 ay Gəncə şəhəri N saylı hərbi hissəsində xidmət edir, sonra Qazax rayonunda hərbi hissələrdən birində xidmətini davam etdirir. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayır və Ramil Yusifzadənən xidmət etdiyi hərbi hissə təlimlərə başlayaır və xüsusi təlimlər keçən əsgərlər oktyabrın 11-də Füzuli rayonu uğrunda gedən döyüşlərə ezam olunur.                                                                     

13 oktyabr...Cəsur döyüşçümüz Ramil   Füzulinin Aşağı Abdürrəhmanlı kəndi uğrunda gedən ağır döyüşlərdə mərdliklə vuruşur, qol və ayaq nahiyyəsindən yaralanır lakin, döyüşü tərk etmir. Vətənə olan sevgisi daha çox olduğundan döyüşünü davam etdirir və şəhidlik zirvəsinə ucalır. 28 il azərbaycanlıların ayağı dəymədiyi neyteral zonada səngərdə qalır. Dekabrın 3-də nəşi ailəsinə təqdim olunur. Minlərlə qəsəbə sakinin, şəhər icra nümayəndələrinin, yaxınlarının, dostlarının müşayəti ilə Ramil Yusifzadə doğulub boya-başa çatdığı Binə qəsəbəsində yerləşən hər bizirimizin müqəddəs məkanımız olan Şəhidlər Xiyabanında dərin ehtiram və hörmətlə torpağa tapşırılır.   

                                                  

Qəhrəman oğulları Qəhrəman analar böyüdür. Reyhan ana bizə müsahibə verərkən ilk sözü bu oldu: “Mən övladlarımı böyüdəndə onları zəhmətə öyrədərək Vətəni sevdirdim”.                                                                          

- Balamın ən böyük sevgi olan Vətən sevgisini seçdi. Ramil   ikinci övladım idi. Çox zəhmətkeş, zirək, sözə baxan, valdeynlərinin sözünü iki etməyən, uşaq ikən ailənin qayğısı çəkən bir övlad idi. Dərslərinidə əla oxuyurdu, istirahət günləri, tətil günləri kafelərdə, restoranlarda süfrəçi (ofisiant) kimi çalışıb ailəyə maddi dəstək olurdu. Ailədə, dostları arasında o qədər mehriban idiki indidə o mehribançılığı dostları qoruyub saxlayırlar.  Vətən müharibəsindədə düşmənə əyilmədi, cəsurluqla vuruşdu, qəhrəmanlıqla şəhid oldu.                                                         
Amma onu tapmaq bizə çox çətin oldu. 17 səngərdə 5 itkin əsgər valdeyinləri ilə gunlərlə axtardıq. Şirvan, Salyan, Neftçala, Füzuli hospitallarını bir bir gəzdik...Nəşi 28 il azərbaycanlıların ayağı dəyməyən neytral zonada tapıldı. Mən böyütdüyüm övladla fəxr edirəm. Bu gün Ramil təkcə mənim yox, bütün Azərbaycanın qəhrəman oğludur!  

                                                                                            
Şəhid və qazilərin ailələrini yaddan çıxartmayan, hər zaman ziyarət edərək, dərdlərinə şərik olan iş adamı Rafiq Xəlil- Biz Vətənə mərd oğullar yetişdirən ailələrə hər zaman borcluyuq!              

- Şəhidlər bizim qürurumuz, vüqarımız, fəxrimizdir! Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi bizə əzizidir. Şəhidlərimizə, onların ailə üzvlərini hər zaman ziyarət etməliyik, bu bizim insanlıq borcumuzdur. Bu gün Qarabağ qazisi Anar Quliyevlə bu ailənin qonağıyıq. Anar Quliyevdə xalqını torpağını sevən oğullarımızdandır. O da, öz sağlamlığını Vətən yolunda qurban verib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Düzdür, nə qədər kədər hissi keçirsək də, lakin bir o qədər də sevinməliyik. Qürurlanmalıyıq ki, Azərbaycan belə igid oğullar yetişdiririb və bu oğullar bizə Zəfər sevincini yaşatdılar.    

                                                                   

44 günlük Vətən Müharibəsində düşməni ağır məğlubiyyətə uğradı. Azərbaycan işğalçı Ermənistan üzərində tam qələbə qazandı.
Nur içində yatasan  şəhid qardaşım! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ