SON DƏQİQƏ

Bacısının körpə balası...FOTOLAR

Tarix:3-02-2021, 14:02

44 günlük Vətən müharibəsi günlərində Azərbaycanı zəfərə aparan o yollar ağrılı-acılı, bir qədər kövrək və xoş xatirələrə çevrilir.                                                                                                                                                                     Bir necə gün əvvəl 24 yaşını tamamlayan nur üzlü şəhid  Pərvin Təhməzovun ailsəsini ziyarət etdim.   

                                     
Əvvəlcə şəhidin ailə üzvüləri ilə birgə şəhidin məzarı ziyarət etdik, ruhuna dualar oxundu.  


Vətən sağ olsun! Öz qanını yerdə qoymadın şəhidim Zəfər tarixi yazdın. Tarıx yazan qəhrəmanlarlımızdan biri Pərvin Təhməzovu  tanıyaq:                                                                

Pərvin İlqar oğlu Təhməzov 1997-ci il yanvarın 22-də Sumqayıt şəhərində zəhmətkeş azərbaycan ailəsində dünyaya gəlmişdir. Pərvin İlqar atanın, Əsli ananın son beşik övladları idi. Ailədə 3 övlad böyüyür: Elvin, Naibə, Pərvin.   

                
O Sumqayıt şəhər 64 saylı məktəbəqədər tərbiyə müəssəsinə gedir. 2003-ci ildə məşqiçi müəllim Sahib İsmayılovun yanında  Cüdo idman növü ilə məşğul olur. Dəfələrlə şəhər, respublika turnirlərində, klublararası, məktəblərarası, gənclərin və yeniyetmələrin yarışlarında iştirak edərək qızıl, gümüş, bürünc mükafatlarına sahib olur.                                                                 
2004-2015-ci illərdə Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbdə təhsil almışdır.

 
Dərslərinə məsulliyyətlə yanaşan, olduqca səliqə-səhmanlı olan Pərvinin arzusu ali təhsil almaq olur. O, 2015 - 2020-ci illərdə Qərb Unverstetinin Kaspi “İngilis dili tərcüməçi” fakültəsinin tələbəsi olur. İki il universitetlər arası futbol klubunun üzvü olaraq dəfələrlə çempion olur. 


Pərvin  ali məktəbi uğurla başa vurduqdan sonra 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanır.                                                                  
İkinci Qarabağ müharibəsi zamanıqəhrəmanlıqla  döyüşən əsgərlərimizdən biridə Pərvin idi. 27 sentyabrda başlanan Vətən müharibəsi döyüşlərdə igidlik göstərir. Suqovuşan, Talış kənd, Ağdərə, Kəlbəcər uğrunda gedən döyüşlərdə şücaətliklə vuruşur.   


                                                                       
2020-ci il 1 oktyabr...Pərvin Təhməzovun son döyüşü... Dəniz səviyyəsindən min üç yüz metrdən artıq yüksəklikdə yerləşən Ağ uçuq zirvəsini azad etməli. Ağ uçuq zirvəsinə olunan əks həmlələrin qarşısını almaq üçün cəsur döyüşçülərimiz düşmənin əks hucumunun qarşısını alırdı. Müzəffər Azərbaycan Ordusu qanı bahasına düşmənin müdafiə səddini yararaq tapşırılan bir neçə yüksəkliyi azad etdi. Pərvin ağır döyüşdə belindən yaralanaraq şəhidlik zirvəsinə ucaldı. Onun hərbi xidməti düşmənlə üzbəüz təmas xəttində, Kəlbəcər  rayonunda keçib. O, insanların qəlbində daim haqq yolu tutan, mülayim və xoşrəftar bir gənc kimi iz qoyub.  

                               
68 gün itkin düşən əsgərimiz 7 dekabr  son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, ailə üzvüləri, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edirdi. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşdu.  


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Silahlı Qüvvələrinin əsgəri Təhməzov Pərvin İlqar oğluna ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif edib.  
Azərbaycan  qadını dünənin, bu günün, sabahın güclü əsgər analarıdır. Çox zəhmətkeş, min bir əziyyət-əzabla övladlarını böyüdərək tərbiyyə verən Əsli ana haqqınız ödənilmiz!                                                      

- Övladım Pərvin şərəfli tarix yazdı. Mən övladlarıma düzgün tərbiyə vermişəm.Vətənə, xalqına, dövlətinə, ailəsinə sevgi ilə böyütmüşəm.  

                                                          
Pərvin ailənin kiçik övladı idi. Sakit təbiətli, səbirli, ağıllı, düşüncəli, təmkinli, sağlam bir oğlan idi. Fəxrlə universiteti bitirdi amma diplomunu ala bilmədi balam, özüm gedib aldım onun diplomunu.



Bir ana kimi çox çətindirdir bunları yaşamaq. İşğal olunmnuş  torpaqları Pərvin və onun kimi digər şəhidlər qanları ilə alıblar, onların hamısı qalib ordumuzun qəhrəman əsgərləridir. Övlad itkisi nə qədər acı olsa da, torpaqlarımızın azad olunması biz analarda təskinlik yaratdı, övladlarımızın qanı yerdə qalmadı. 


Qardaşı Elvin- Fəxr edirəm qardaşımla, o həmişə bizimlədir!                                                                                        

- Pərvinlə aramıza 7 yaş fərq var idi. Hər zaman mənim hörmətimi saxlayırdı, böyük kimi mənlə məsləhətləşirdi. Çox həyatsevər, insanlara qayğı və hörmətlə yanaşan, mərd, cəsur, gülərüz, böyük, kiçik yeri bilən, vətənpərvər oğlan idi. Ailəmizlə bağlı  xatirələri çoxdur. Biz ailədə 3 uşaq böyüdük və ailəmizdə səmimi bir mehribanlıq var. Pərvin evə gələndə şənliyi ilə evdə tamam bir abu-hava yaradırdı. Arzuları çox idi qardaşımın...Amma o arzularını şəhadəti ilə həyata keçirtdi.  
Pərvinlə fəxr edirəm, o bizim əbədi yaşar Qəhrəmanımızdır.  


Bacısı Naibə xanım, Pərvini öz balası hesab edirdi...həm sirdaşı, həm qardaşı, həm dostu... 


- Mənə söz vermişdi ki, qayıdacaq. Deyirdi heç narahat olmayın, getdiyim kimi də gələcəyəm.  Qardaşlarımın hər ikisini çox isdəyirəm. Amma həmişə deyirdim ki, böyük qardaşım Elvin mənim qardaşım, Pərvin isə oğlumdur. O, bacısının körpə balasıdır... Onu mən saxlamışdım və balam kimi baxırdım ona. Çox diqqətli oğlan idi, özəl günlərimizdə heç kimi unutmazdı, həm də çox yaraşıqlı idi. O şəhid olandan sonra bütün həyat mənim üçün mənasızlaşdı, elə bilirəm ki hər şeyimi itirmişəm...                                                                                       
Pərvin həmdə mənim sirdaşım idi, dərdimi, sözümü, sirrlərimi bölüşərdim onunla. İndi hər gün məzarını ziyarət edirəm və yenə ürək sözlərimi onunla bölüşürəm...Pərvin mənim əbədi yaşar Qəhrəmanımdır! 

 
Ömrünü şagirdlərinin yolunda şam kimi əridən müəllimlərimiz:  Sinif rəhbəri Təranə Rzayeva bizə Pərvin baradə xatirələrindən danışdı:                                                                                         

- Pərvin mənim ən sevimli şagirdlərimdən idi. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı. Sakit, ağıllı və nümunəvi olmaqla yanaşı, dərslərində də yüksək qiymətlər alırdı. Bütün müəllimlərin qəlbində onun xüsusi yeri var idi, hamı onu çox istəyirdi. Məktəbin bütün ictimai işlərində yaxından iştirak edirdi. İdmançı olduğu üçün bütün idman yarışlarında, hərbi idman yarışlarında həmişə iştirak edirdi. Qəhrəmanlığı da ölkəyə yayıldı. Canından artıq sevdiyi Vətən uğrunda, torpaq uğrunda mərdlik, şəhidlik zirvəsinə ucaldı...                                             
Məktəbdə şagirdlərimə şəhidlərimiz barədə saatlarla danışıram həm də,  iftixar hissi keçirdirəm şəhid şagirdlərimlə. Biz təkcə müəllim şagird yox həm də dost idik. Sirri, sözü olanda bölüşərdi mənlə, məndə ona faydalı, yararlı məsləhətlər verərdim.                                           
Onun şəhadətin eşidəndə yaxın bir insanımı, doğmamı itirdiyimi hiss etdim, onunla hər birimiz qürur duyuruq! Şəhidlərimiz gənc nəslə layiqli örnəkdir.      
Məktəbimizin fəxri ən ali məqama yüksəldin, haqqını halal et bizlərə! 



Nur içində yatasan  şəhid qardaşım! 



Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          
                                                                                                                                                                         
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ