SON DƏQİQƏ

“Elə bilirəm Qalib hərbi xidmətdədir gələcək...”-Şəhid anası Aidə Əkbərova- FOTO\VİDEO

Tarix:6-02-2021, 19:59

Qalib düşmən tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igidlərimizdən biridir.                                          El-oba arasında deyirlər ki, elə bax belə oğullar el üçün doğulur, vətənpərvərlikləri ilə nümunəyə çevrilirlər. 

Şəhidimizi tanıyaq:

Qalib Əbdüləhəd oğlu Əkbərzadə 2002-ci ildə aprelin 6-da Lənkaran rayon Kərgalan kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlmişdir, 2 bacının bir qardaşı idi.   

                  
2008-2019-cı illərdə Kərgalan kənd tam orta məktəbində təhsil alır. Qalibin sevimli  müəllimlərindən biri də ibtidai sinif müəlliməsi Çiçək Şəfiyeva olur. 


Qalib Lənkaran rayonunda yerləşən “Zirvə” idman klubunda 2 il idmanın ağır atletika növü ilə məşğul olur. Məşqiçi müəllimi Emil Qurbanov olur.    



                             

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Qaliblə eyni taleyi yaşayan məşqiçisi Emil müəllim Vətən müharibəsində şücaətlə vuraşaraq şəhid olur.    

                                                          
Məktəbi orta səviyyədə oxuyan Qalib ailəsinin və müəllimlərinin və sinif yoldaşlarının, dostlarının sevimlisi olur. Ən çox sevdiyi məşğuliyyət dəmirdən maşın düzəltmək idi. Kampüter proqramlarına marağı olduğu üçün kurs bitirir və gələcək peşəsini məhz bu sahədə görür.


                                                                                           
2020-ci il həiqiqi hərbi xidmətə yola düşür. Ilk hərbi xidmətini  Ağcabədi rayon N saylı hərbi hissədən başlayan Qalib Əkbərzadə Beylaqanda yerləşən hərbi hissələrin birində xidmətini davam etdirir və burada təlimlər keçirlər.  

                                                                                   
2020-ci il 26 sentyabr Silahlı Qüvvələri əsgərləri Füzuli rayonunda təmas xəttində yerləşən strateji nöqtələrə yerləşdirilir.                                                                
27 sentyabr...Füzuli uğrunda gedən ağır döyüşlərdə mərdliklə vuruşur və başından yaralanaraq şəhidlik zirvəsinə ucalır. Sentyabrın 28-də Kərgalan kənd qəbirsanlığında rayon icra nümayəndələrinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, minlərlə kənd sakinin, yaxınlarının, ailə üzvülərinin müşayəti ilə uğrunda canını qurban verdiyi torpağa tapşırılır. Şəhidin tabutuna bürünmüş Azərbaycan bayrağı atası Əbdüləhəd Əkbərzadəyə təqdim olunur.  

                                                 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əkbərzadə Qalib Əbdüləhəd oğlunu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etmişdir.   

                                                           
Şəhid anaları siz elə övlad böyütmüsüz ki, bütün xalq onunla fəxr edir. Fəxrli övlad böyüdən şəhid anası Aidə xanımın gözlərinin yaşı qurumur, oğlu haqqında çətin olsada fikirlərini bizimlə bölüşdü:                                                                                

- Yeganə xanım elə bilirəm Qalib hərbi xidmətdədir gələcək...                                  
Oğlumu səkkiz ildən sonra tapmışdım cox gözlədim onun yolunu gec gəldi tez getdi... 2 bacının bir qardaşı idi. Böyük bacısı Aygün 11-ci sinifi bitirəndə Qalib birinci sinifi bitirdi. Hər birimiz ona diqqət göstərirdik, bacıları Fidan və Aygün ilə onun arasında böyük yaş fərqi olduğundan ona  xüsusi qayğı ilə yanaşırdılar. Tez böyüdü balam, 5 ayın əsgəri idi, hərbi xidmətini bitirib özünə parlaq həyat qurmaq istəyirdi, arzuları çox idi...


Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil, “Qanun və İcra” verlişinin aparıcısı Əkbər Yusifoğlu hər zaman televiziya ekranlarında, ictimayyətə şəhidlərin keçdiyi döyüş yolundan danışaraq onları xalqımıza tanıdır.                                                       

- Azərbaycan xalqının möhtəşəm qələbəsi dünya tarixində bir yenilik oldu. Azərbaycan Ordusu xalqımızın son otuz ildə verdiyi şəhidlərin və qurbanların intiqamını aldı. Qalib Əkbərzadə kimi qəhrəman oğullarımızın cəsur, qorxmaz, canını Vətənə qurban, sinəsini sipər edən igidlərimizin sayəsində 44 günlük Vətən müharibəsindən qalib çıxdıq. Bu gün hər birimizin borcudur ki, şəhid ailələrinin dərdinə şərik olaq.  Hərə öz peşəsində şəhidləri tanıdaraq onları yaşatsınlar. Çünki onlar Vətəni yaşatdılar! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ