SON DƏQİQƏ

TURAN turkdili dovlətləri baş idarə rəislərinin toplantısı keçirilib-FOTO

Tarix:30-08-2025, 15:33

Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, hərbi-siyasi sahələr, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Bu istiqamətdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə, eləcədə hərbi aspektləri və hərbi ittifaq ideyası hər zaman əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsusilə qeyd edə bilərik. Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib. Türkdilli dövlətlərinin suverenliyinin və müstəqilliyinin qorunması, separatizmlə mübarizə, terrorizm, siyasi, hərbi əməkdaşlığı hər zaman öndə olub. Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır.                                           
Yaxın günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü və general-mayor Hilal Nəcəfovun təşkilatçılığı və dəvəti ilə Turan turkdilli dövlətlərin rəhbərləri Azərbaycana səfər edib. Səfər nəticəsində Bakı Şəhidlər Xiyabanı ziyarət olunub, məzarların üstünə tər güllər düzülüb.


Liderlər Dənizkənarı Milli Parkında yerləşən Hərbi Qənimətlər Parkında nümayiş etdirilən Ermənistan Silahlı Qüvvələrinə məxsus olduğu tank, “Qrad” qurğularına, top və digər müharibə texnikasına baxıblar.                                            
Sonra Heydər Əliyev Mərkəzində qonaq olan türkdilli dövlətlərinin rəhbərləri Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə təqdim olunan eksponatlar Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dunya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələri maraqla izləyiblər.    Qonaqlar ziyafət süfrəsində bir araya gəliblər, bir-birindən maraqlı hərbi sahədə görülən işlər baradə olduqca əhəmiyyətli söhbətlər ediblər. 
                           
Sonda  general-mayor Hilal Nəcəfov tərəfindən Turan turkdilli dövlətlərinin rəhbərlərinə “TURAN`IN GÖREN GÖZÜ” mükafatı təqdim olunub. 

 

Yeganə Telmanqızı 
XeberTıme.az 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ