SON DƏQİQƏ

SON DƏQİQƏ: Ordumuzun daha 5 hərbçisi minaya düşdü

Tarix:9-02-2021, 13:46

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.
XeberTıme.az  xəbər verir ki, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ