SON DƏQİQƏ

Yeganə Telmanqızı- AVMVİB veteranların dəyərini uca tutaraq, onların xidmətlərini yaşadır

Tarix:12-09-2025, 01:30

"Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyi, müharibə iştirakçılarının şərəf və ləyaqətini uca tutmaq və onların hüquqlarını qorumaq məqsədilə fəaliyyət göstərir. Bu birliyin yaradılmasında Ulu Öndərimiz Heydər  Əliyev öz xeyir duasını vermişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Qalib ölkə vətəndaşları, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşıb, müharibə veteranlarına, şəhid ailələrinə xüsusi diqqət göstərilməsi onun tərəfindən bütün dövlət strukturlarının qarşısına birbaşa vəzifə kimi qoyulub.                            
Son günlər “Xəzər TV”də yayımlanmış süjetdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvülərinin və müharibə vetranlarının ictimai nüfuzuna mənfi təsir göstərmişdir. 
Artıq bir ildir "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin Sumqayıt şəhər üzrə fəxri üzvüyəm və bu birliyin üzvü olmağımla qürurluyam. “Fedai.az”, “Veteran.az sayıtları ilə və “Veteran TV” internet televiziyası ilə mütamadə olaraq əməkdaşlıq edirəm.                               
Daima yüksək səviyyədə keçirilən vətənpərvər görüşlərin və əlamətdar günlərdə keçirilən tədbirlərin iştirakçısı olmuşam. Təşkilatın əsas məqsədi dövlətçiliyimizə sadiq olaraq dövlətimizə və xalqımıza xidmət etmək eləcədə gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsini gücləndirmək, qalibiyyət tarixində adları qızıl hərflərlə yazılan qəhrəmanları tanıtmaq. AVMVİB-nin sədri Füzuli Rzaquliyev hər zaman birlik üzvlərinin hüquqlarını, imtiyaz və qanuni mənafelərini qoruyub, onlar arasında ünsiyyət və əlaqəni möhkəmləndirib. Torpaqlarımızın azadlığı və suverenliyi uğrunda haqq-savaşında şəhadətə ucalan qəhrəmanları anmaq, onların şücaətlərini gələcək nəsillərə çatdırmaq və milli vətənpərvərlik ruhunu təbliğ edir. Təşkilat, gənclərə 1988-ci ildən 2023-ci ilə qədər gələn şərəfli hərb tariximizin qalibiyyət səhifələri barədə məlumat verərək, vətənpərvərlik ruhunun aşlayır. Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyi, veteranların dəyərini uca tutaraq, onların xidmətlərini yaşatmağa çalışır, dövlətini və xalqını uca tutur. 

 

Yeganə Telmanqızı 
XeberTıme.az 
 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ