SON DƏQİQƏ

“Xəyalıımda qurduğum xoşbəxtliyə bir gün bu kəpənək kimi uçaraq qovuşacam...”

Tarix:9-02-2021, 23:30

Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir.                                                                                     Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, zəhmətkeş Vətən oğlunu tanıyaq:  

                                                      

Məmmədov Əlihüseyn Elşad oğlu 24 yanvar 1998-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Nənə, babanın sevimlisi olan Əlihüseyn 6 yaşından Şəkidə nənə, babasının yanında yaşayır. Kiçik Əlihuseynin qarayanız siması, iri gözləri, mənalı baxışları var idi.  


                    
O, 2004-2015-ci illərdə Şəki rayonu 18 nömrəli tam orta məktəbdə təhsil almışdır. İbtidai sinif müəlliməsi Abdullayeva Azadə  sosial şəbəkələrin birində öz xatirələrində  yazır:                                                                                  
- Əlihüseyn Məmmədov mənim ən sevimli şagirdlərimdən biri idi. Dəsr zamanı heç vaxt əlini qaldırmırmazdı, amma dərsi bilirdi, ondan dərsi soruşanda ətraflı cavab verirdi.  

                   
Əlihüseyn bir gün dərsə geçir, nümunəvi və heç zaman dərsə gecikməyən şagirdi Azərbaycan dili və Ədəbiyyat müəllimi Aynur Səlimzadə onu dərsə buraxır və Əlihüseyn deyir: “Heyf çatmadım himn oxumağa.,” müəllimə sinifdəki şagirdlərə təkrarən himni oxutdurur. 

Musiqəyə marağı olduğu üçün 2011-2015-ci illərdə Şəki şəhəri 4 saylı yeddi illik musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin qarmon sinifində təhsil alır. İki böyük dahi şəxsiyyətlər Heydər Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına tez-tez qulaq asırdı. 2015-ci ildə orta təhsilini başa vurur ali məktəbə sənəd verir, keçid balı toplaya bilmədiyi üçün kəsilir. Növbəti ildə hazırlaşır və uyğun balı yığaraq Azərbaycan Dövlət Neft və Sanaye Unversitetinin istilik, energetika mühəndisliyi fakültəsinə daxil olur. Təhsil illərində bir sıra yerlərdə çalışaraq ailəyə maddi dəstək olur. 


2020-ci ildə təhsilini bitirir. Hərbi komissarlığın göndəriş vəsiqəsini gözləməyərək özü Hərbi Xidmətə Çağrış idarəsinə müraciət edərək iyulun 7-də  həqiqi hərbi xidmətə yola düşür. Beyləqan rayonun N saylı hərbi hissəsində xidmətə başlayır, gənc əsgərlərin and içmə mərasimi olduqdan sonra Beyləqanın ucqar kəndlərinin birində xidmətinə davam edir. 

                              
2020-ci il 24 sentyabr tarixində bir sıra əsgərlərlə səngər qazmağa başlayırlar. 27 sentyabr hərbi xidmətini davam etdirərək uğurlu döyüş əməliyyatlarında iştirak edir. Füzuli, Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşur.                                                                             

                                                           
9 oktyabr saat 11:00 radələri...Əsgər Məmmədovun son döyüşü. Füzuli uğrunda gedən ağır döyüşlərdə ürəyindən qəlpə yarası alaraq   qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.  
Şəhiidimiz böyük etiramla, minlərlə rayon sakinlərinin, icra nümayəndələrinin, Müdafiə nazirliyinin əməkdaşlarının müşayəti ilə Şəki rayon el qəbirsanlığında uğrunda canını fəda verdiyi torpağa tapşırılır.  

Ali Baş Komandan Silahlı Qüvvələrinin əsgəri Məmmədov Əlihüseyn Elşad oğlunu ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif etmişdir.                 

13 yaşlı bacısı Rühəngiz qardaşı Məmmədov Əlihüseynin qəhrəmanlığı və şücaəti ilə fəxr edir və qardaşının timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyir!  

                                               
Azərbaycan qadını öz müdrikliyi, zəkası, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub.                                               

- Əlihüseynin yanına hərbi hissəyə getmişdik. Son gördüyüm gün sentyabın 6-da oldu və bu şəkil son şəklimiz oldu. 

                                                                  
Heç unutmaram 2017-ci ilin yayı idi, birinci kursu bitirirdi, kəsrləri var idi, müəyyən ödənişlər olunmalı idi ki, imtahan verərək kəsrlərini düzəltsin. Mən danladım dedim ki, biz ödəmiyəcəyik, zəhmət çək özün işlə ödə. Elə həmən gündən hərbi xidmətə gedən günə qədər işlədi. Harada da işlədi xətir-hörmət qazandı. Əlihüseyn bacısı Rühəngizə, qardaşı Əlibəyə atalıq etdi, çox ağıllı, zəhmətkeş oğlan idi.

 
Ən böyük arzusu “Əlinin Burgeri”adında bir kafe açmaq istəyi idi. Ancaq pul qazanmağı fikirləşirdi. Evdən cib xərcliyi belə götürməyə utanırdı. Geyim, yol pulu, gəzmək üçün xərcliyini özü qazandı balam. 4 ildə universitetdə təhsil alaraq müəyyən yerlərdə işlədi. Araz Supermarket MMC-də işə girdi rəflərə mal yığırdı, yaxşı işçi olduğu üçün kassir qoydular. Yoldaşlarının dediyinə görə müdir içlas edəndə bütün nöqsanlardan tək Əlihüseyn danişirdı və ədalətsizliyə göz yuma bilmirdi. Rəhbərliyin Əlihüseynə etibarlığına, dürüstlüyünə görə hörməti sonsuz idi. 
Hər yerdə özünə hörmət qazanmışdı. İş yoldaşlarına, tələbə yoldaşlarına daima kömək edib, heç kimi darda qoymazdı. Hamıya diqqətli idi, heç kimin özəl günlərini unutmurdu.  

Hərbi xidmətdədə öz hörmətini qoruyub saxladı. Hərbi hissənin  komandirinin xatirələri: 

“Verdiyim tapşırıqlarım öhdəsindən artıqlaması ilə gəlir, düzgün və dəqiq yerinə yetirirdi. Çox danışmazdı, sual verməzdi, heç bir şey də istəməzdi. Fərqli biri idi...



Çox ağıllı idi, hər kəsədə dost deyib yaxınına buraxmazdı, zamanla sınayıb səmimi insanları özünə dost seçərdi. Dəbdəbədə gözü yox idi. Sakit dünyası vardı, xoş rəftar idi. Mütaliəni sevirdi, ən çox oxuduğu kitab Ahmet Kaytancı “Susmaram Azerbaycanın Gözyaşlarırı” idi.   

                                    
Xalası oğlu Nadirlə eyni ayda həqiqi hərbi xidmətə getmişdi. Nadir sosial şəbəkələrdən öyrənir ki, Əlihüseyn şəhid olub və bu xəbərə çox üzülür. Əlihüseynin döyüşdüyü yerlərdən keçəndə, Hadrutun küçələrinə onun adını yazır, tarixin yaddaşına həkk edir. Qohumlar arasında Alik deyirdik Əlihüseynə.  

                                                         
Nadir gəldi hərbi ezamiyyətə və Əlihüseynin əşyalarına baxaraq pis olur. Onlar həm xala oğıu, həmdə qardaş idilər. 

                                                                                   
Hərbi xidmətə sevinə-sevinə, uca-uca gedirdi. Bizlə telefonla danışırdı bir dəfə də şikayət etmədi. 7 oktyabr saat 14:39-da zəng etdi...son danışığımız oldu. Kefi yaxşı idi, dedi ki, ”Məndən narahat olmayın qarnım toxdur, əynim istidir. Siz özünüzdən, uşaqlardan muğayat olun”. Və atasına dedi ki, “Ata mənim telefonuma kontur vur, bütün qohumlarımızla danışıb halallıq alım.” Sözün bitdiyi yer...                                                                                
Mənə demişdir “Birdən şəhid olsam ağlama...” 

      
Hərbi komissarlıqdan çağırıb üstündən çıxan pulları bizə verdilər, pulların qıraqları qan idi. “Şəhidin son xatirəsi” adlanan ramkada o pulların rəsmi vurulub.                    
“Xəyalıımda  qurduğum xoşbəxtliyə bir gün bu kəpənək kimi uçaraq qovuşacam...” Onun xatirə dəftərində yazılmış cümlədir. Balam bir kəpənək olaraq ucub getdi. 


Mən onu arzularımda bir ana kimi xatirələrimdə əbədi yaşadacam. Həmişə deyirdi ki, “Mən fəxrli bir oğul olacam və mənlə hər zaman fəxr edib, qürur duyacaqsan!” 


Ali təhsil almaq, diplomunu almamaq alın yazısında imiş. 4 il zəhmət çəkdi ali təhsil aldı, diplomunu görmək nəsibi olmadı. Şəhid olandan sonra gedib diplomunu universitetdən götürdüm.

                                                                        
Yanvarın 24-də doğum günü idi. Yaddaşlarda həkk etmək üçün yaşadığımız blokun qarşısına xatirə lövhəsi vurduq. 


4-cü kursda "Ellips" klubda karvinq ustası, furşetçi işləyir. Səliqəli əl qabiliyyəti var idi.         

"Ellips" klubun rəhbəri Röyal Niftaliyevin fikirləri:                                                                                            
- Əlihüseyin bizim kollektivizdə seçilən işçilərmizdən idi. Ən çox sakiçiliyi  ilə özünə məxsuz səsizliyi il seçilirdi. Mən çox az-az mətbexə düşürdüm, hər dəfə Əlihüseynin təmizliyini istər formasının, istər işlədyi masanın  Hər zaman uşaqlara nümunə kimi göstərirdim və iş tapşıranda tam arxayın olurdum, çünki bilirdimki məsuliyyetlə yanaşır öz işinə.  Heç kəslə zarfatlaşmazdı, iş əsnasında tam ciddi məsuliyyətlə işinə baxırdı.  Heç vaxt işdən qaçmazdı.  Hər zaman öz işinən başqa  hamıya kömək etməyə çalışırdı. Bütün kollektivimiz onun xətrini çox istəyirdi, hamıya hörmətlə yanaşırdı.


Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil, “Qanun və İcra” verlişinin aparıcısı Əkbər Yusifoğlu hər zaman şəhid ailələrinin yanındadır.        

- Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan biridə 22 yaşında şəhid olaraq Zəfər tariximizi yazan Əlihüseyn Məmmədovdur. Onun bu qəhrəmanlığı, mübarizliyi qələbə tariximizə qızıl hərflərlə yazıldı. 

Nur içində yatasan şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ