SON DƏQİQƏ

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!+ FOTOLAR

Tarix:10-02-2021, 23:41

Vətən Müharibəsində Xacmaz rayonu 48 şəhid verib. 

Azərbaycan İkinci Qarabağ müharıbəsində qələbə qazandı. 44 günlük müharibə tarixi ədaləti bərpa edib 30 illik işğala son qoydu.                                                                Vətən Müharibəsində həyatını itirən Xacmazın 47-ci şəhidini tanıyaq: 
 
Məmmədov İkram Ehtiram oğlu 8 iyun 2002-ci ildə Xacmaz rayonu Çiləgir kəndində sadə bir ailədə dünyaya gəlmişdir. 2008-ci ildə Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin birinci sinifinə gedir. ilk müəllimi Seyfullayeva Aybəniz olmuşdur. Dərslərini orta səviyyədə oxuyan İkram ağıllı, tərbiyyəli olması ilə müəllimlərinin, sinif yoldaşlarının, dostlarının, yaxınlarının sevimlisi idi. 2017-ci ildə doqquz illik təhsilini bitirib Xacmaz rayonu 97 nömrəli peşə liseyində traktorçu-maşinist peşəsi üzrə təhsilini davam etdirir. İkram ailənin 3-cü son beşik övladı idi. Ailənin və yaxınlarının sevimlisi idi. Onun ən böyük arzusu hərbi xidmətini başa vurduqdan sonra hüquq-mühafizə orqanlarında polis vəzifəsində çalışmaq idi.  

2020-ci ilin 17 iyun İkram Məmmədov Xaçmaz rayonununda həqiqi xidmətə yola düşür. İlk xidmətini Gəncə şəhər N saylı hərbi hissəsindən başlayır. 3 ay burada təlim keçdikdən sonra Qazax rayonunda yerləşən hərbi hissələrin birində xidmətini davam etdirir. 


Düşmən təxtibatlarının qarşısını almaq üçün sentyabrın 27-də bütün cəbhə boyu əks hucum əməliyyatları başladı. Ikram Məmmədov Cəbrayılda, Füzulinin azad olunmasında  şücaətliklə vuruşur.  

                                                                            
13 oktyabr...Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə başından yaralanaraq şəhidlik zirvəsinə ucalır. Neytral zonada olduğu üçün mənfur düşmənimiz onun nəşin basdırır. Qırmızı Xaç cəmiyyetinin köməkliyi ilə əsgər Məmmədovun nəşi tapılaraq ailəsinə təqdim olunur. O, böyüyüb boya-başa çatdığı Çiləgir kəndində İcra hakimiyyətinin nümayəndələrinin, yaxınlarının, dostlarının, ailə üzvülərinin minlərlə insanın, müşayəti ilə böyük hörmətlə canını qurban verdiyi torpağa tapşırılır.


Şəhidin tabutuna bükülmüş Azərbaycan Dövlət Bayrağını atası Ehtiram Məmmədova təqdim edirlər.    



                                          
Şəhid ailələrini daima ziyarət edərək onların dərdinə şərik olan iş adamı Rafiq Xəlil- Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!

- Yeganə xanım bu gün Məmmədovlar ailəsinin qonağıyıq. Şəhid Ramil Yusifzadənin atası Adəm Yusifzadə, İkramın, Ramilin xidmət etdiyi hərbi hissə taborunun qərərgah rəisi qazi Asim Quliyevlə bu ailəni ziyarət etməyi özümüzə borc bildik.    


                                                                     

Müharibə od-alov, ölüm-itim, qazi olmaq deməkdir. Vətən uğrunda gedən savaşda qazi və şəhid olmağın şərəfini də bizə yaşatdı İkram kimi oğullarımız. Onlar gözlərini qırpmadan mərd-mərdanə ölümün üstünə getdilər. Döyüş meydanına atılan hər qəhrəman bir tarix yazdı bu savaşda. Yaşı az, ya da çox, fərq etmədi. Damarlarında axan qeyrət, güc verdi onlara. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!  



Nur içində yatasan şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ